 |
| وَالضُّحَىٰ {١} |
1. And olsun səhərə! |
| وَاللَّيْلِ إِذَا سَجَىٰ {٢} |
2. And olsun sakitləşən gecəyə! |
| مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلَىٰ {٣} |
3. Rəbbin nə səni tərk etmişdi, nə də sənə acığı tutmuşdu. |
| وَلَلْآخِرَةُ خَيْرٌ لَكَ مِنَ الْأُولَىٰ {٤} |
4. Həqiqətən, Axirət sənə dünya həyatından daha xeyirlidir. |
| وَلَسَوْفَ يُعْطِيكَ رَبُّكَ فَتَرْضَىٰ {٥} |
5. Şübhəsiz ki, Rəbbin sənə nemət bəxş edəcək, sən də razı qalacaqsan. |
| أَلَمْ يَجِدْكَ يَتِيمًا فَآوَىٰ {٦} |
6. Məgər O, səni yetim çağında qoruyub sığınacaq vermədimi? |
| وَوَجَدَكَ ضَالًّا فَهَدَىٰ {٧} |
7. Səni çaşqın olduğun halda doğru yola yönəltmədimi? |
| وَوَجَدَكَ عَائِلًا فَأَغْنَىٰ {٨} |
8. Kasıb olduğun zaman səni varlandırmadımı? |
| فَأَمَّا الْيَتِيمَ فَلَا تَقْهَرْ {٩} |
9. Elə isə yetimə xor baxma! |
| وَأَمَّا السَّائِلَ فَلَا تَنْهَرْ {١٠} |
10. Səndən kömək diləyəni qovma! |
| وَأَمَّا بِنِعْمَةِ رَبِّكَ فَحَدِّثْ {١١} |
11. Və Rəbbinin nemətindən danış. |
 |