سورةالشمس {٩١} 91. ASY-SYAMS
وَالشَّمْسِ وَضُحَاهَا {١} 1. And olsun günəşə və onun saçdığı şəfəqə!
وَالْقَمَرِ إِذَا تَلَاهَا {٢} 2. And olsun ondan sonra zühur edən aya!
وَالنَّهَارِ إِذَا جَلَّاهَا {٣} 3. And olsun günəşi açıqlığa çıxardan gündüzə!
وَاللَّيْلِ إِذَا يَغْشَاهَا {٤} 4. And olsun günəşi bürüyən gecəyə!
وَالسَّمَاءِ وَمَا بَنَاهَا {٥} 5. And olsun göyə və onu qurana!
وَالْأَرْضِ وَمَا طَحَاهَا {٦} 6. And olsun yerə və onu döşəyənə!
وَنَفْسٍ وَمَا سَوَّاهَا {٧} 7. And olsun nəfsə və onu yaradıb kamilləşdirənə,
فَأَلْهَمَهَا فُجُورَهَا وَتَقْوَاهَا {٨} 8. ona günahları və Allahdan qorxmağı təlqin edənə!
قَدْ أَفْلَحَ مَنْ زَكَّاهَا {٩} 9. Nəfsini günahdan təmizləyən uğur qazanmışdır.
وَقَدْ خَابَ مَنْ دَسَّاهَا {١٠} 10. Onu günaha batıran isə ziyana uğramışdır.
كَذَّبَتْ ثَمُودُ بِطَغْوَاهَا {١١} 11. Səmud qövmü öz azğınlığı üzündən Allahın elçisini təkzib etdi.
إِذِ انْبَعَثَ أَشْقَاهَا {١٢} 12. Onların ən bədbəxti dəvəni kəsməyə qalxdıqda
فَقَالَ لَهُمْ رَسُولُ اللَّهِ نَاقَةَ اللَّهِ وَسُقْيَاهَا {١٣} 13. Allahın elçisi onlara dedi: “Allahın bu dişi dəvəsinə toxunmayın və onun su içməsinə mane olmayın!”
فَكَذَّبُوهُ فَعَقَرُوهَا فَدَمْدَمَ عَلَيْهِمْ رَبُّهُمْ بِذَنْبِهِمْ فَسَوَّاهَا {١٤} 14. Onlar isə peyğəmbəri yalançı sayıb, dəvənin diz vətərini kəsdilər. Onların Rəbbi də bu günahlarına görə onların hamısını qırıb yerlə-yeksan etdi.
وَلَا يَخَافُ عُقْبَاهَا {١٥} 15. Allah günahkarlara etdiyinin nəticəsindən çəkinməz!
Al-Qur'an Today @2006