 |
| لَا أُقْسِمُ بِهَٰذَا الْبَلَدِ {١} |
1. And içirəm bu şəhərə (Məkkəyə) - |
| وَأَنْتَ حِلٌّ بِهَٰذَا الْبَلَدِ {٢} |
2. Sənin yaşadığın (sənə halal olan) şəhərə; |
| وَوَالِدٍ وَمَا وَلَدَ {٣} |
3. And içirəm ataya və onun övladına (Adəmə və onun nəslinə, yaxud İbrahimə və oğlu İsmailə) ki, |
| لَقَدْ خَلَقْنَا الْإِنْسَانَ فِي كَبَدٍ {٤} |
4. Biz insanı məşəqqətdə yaratdıq! (İnsan doğulduğu gündən qəbir evinə gedənə qədər əzab-əziyyət içində çalışıb çabalayır, həyat boyu müxtəlif çətinliklərlə üzləşər. Bu, ilahı bir hikmətdir, həyatın qanunudur!) |
| أَيَحْسَبُ أَنْ لَنْ يَقْدِرَ عَلَيْهِ أَحَدٌ {٥} |
5. Məgər insan (Vəlid bin əl-Müğirə) heç kəsin ona gücü çatmayacağını zənn edir? |
| يَقُولُ أَهْلَكْتُ مَالًا لُبَدًا {٦} |
6. Və: Mən (Peyğəmbərlə düşmənçilik yolunda) xeyli mal-dövlət sərf etmişəm!" - deyir? |
| أَيَحْسَبُ أَنْ لَمْ يَرَهُ أَحَدٌ {٧} |
7. Məgər o heç kəsin onu görmədiyini güman edir?! |
| أَلَمْ نَجْعَلْ لَهُ عَيْنَيْنِ {٨} |
8. Məgər Biz ona iki göz vermədikmi?! |
| وَلِسَانًا وَشَفَتَيْنِ {٩} |
9. Eləcə də bir dil və qoşa dodaq (vermədikmi)?! |
| وَهَدَيْنَاهُ النَّجْدَيْنِ {١٠} |
10. Biz ona iki yol (xeyir və şər, küfr və iman yollarını) göstərmədikmi?! |
| فَلَا اقْتَحَمَ الْعَقَبَةَ {١١} |
11. Lakin o, əqəbəni (maneəni) keçə bilmədi (özünə verilən bu qədər ne´mətlərə şükür etmədi). |
| وَمَا أَدْرَاكَ مَا الْعَقَبَةُ {١٢} |
12. (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, əqəbə nədir?! |
| فَكُّ رَقَبَةٍ {١٣} |
13. (O) bir kölə azad etməkdir; |
| أَوْ إِطْعَامٌ فِي يَوْمٍ ذِي مَسْغَبَةٍ {١٤} |
14. Yaxud aclıq günü (zamanı) yemək verməkdir - |
| يَتِيمًا ذَا مَقْرَبَةٍ {١٥} |
15. Qohumluq əlaqəsi çatan bir yetimə. |
| أَوْ مِسْكِينًا ذَا مَتْرَبَةٍ {١٦} |
16. Və ya (taqətsizlikdən) torpağa sərilmiş bir miskinə! |
| ثُمَّ كَانَ مِنَ الَّذِينَ آمَنُوا وَتَوَاصَوْا بِالصَّبْرِ وَتَوَاصَوْا بِالْمَرْحَمَةِ {١٧} |
17. Sonra da iman gətirən və bir-birinə səbr tövsiyə edən, mərhəmət tövsiyə edən kimsələrdən olmaqdır! |
| أُولَٰئِكَ أَصْحَابُ الْمَيْمَنَةِ {١٨} |
18. Onlar sağ tərəf sahibləridir! (Əməl dəftərləri sağ əllərinə verilənlərdir!) |
| وَالَّذِينَ كَفَرُوا بِآيَاتِنَا هُمْ أَصْحَابُ الْمَشْأَمَةِ {١٩} |
19. Ayələrimzi inkar edənlər isə sol tərəf sahibləridir! (Əməl dəftərləri sol əllərinə verilənlərdir!) |
| عَلَيْهِمْ نَارٌ مُؤْصَدَةٌ {٢٠} |
20. Onları hər tərəfi qapalı Cəhənnəm gözləyir! (Kafirlər Cəhənnəmdə həmişəlik qalar, oradan heç yerə çıxa bilməzlər!) |
 |