سورةالفجر {٨٩} 89. AL-FAJR
وَالْفَجْرِ {١} 1. And olsun dan yerinə!
وَلَيَالٍ عَشْرٍ {٢} 2. And olsun on gecəyə!
وَالشَّفْعِ وَالْوَتْرِ {٣} 3. And olsun cütə və təkə!
وَاللَّيْلِ إِذَا يَسْرِ {٤} 4. And olsun keçib getməkdə olan gecəyə!
هَلْ فِي ذَٰلِكَ قَسَمٌ لِذِي حِجْرٍ {٥} 5. Məgər bu andlar ağıl sahibi üçün kifayət deyilmi?
أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِعَادٍ {٦} 6. Məgər görmədinmi ki, Rəbbin nələr etdi Ad qövmünə,
إِرَمَ ذَاتِ الْعِمَادِ {٧} 7. sütunlar sahibi İrəm qəbiləsinə –
الَّتِي لَمْ يُخْلَقْ مِثْلُهَا فِي الْبِلَادِ {٨} 8. halbuki, yer üzündə onlar kimisi xəlq edilməmişdi.
وَثَمُودَ الَّذِينَ جَابُوا الصَّخْرَ بِالْوَادِ {٩} 9. Habelə vadidə qayaları yonan Səmud qövmünə?
وَفِرْعَوْنَ ذِي الْأَوْتَادِ {١٠} 10. Eləcə də sütunlar sahibi Firona?
الَّذِينَ طَغَوْا فِي الْبِلَادِ {١١} 11. Onlar o kəslər idi ki, ölkələrində həddi aşmış,
فَأَكْثَرُوا فِيهَا الْفَسَادَ {١٢} 12. çoxlu fitnə-fəsad törətmişdilər.
فَصَبَّ عَلَيْهِمْ رَبُّكَ سَوْطَ عَذَابٍ {١٣} 13. Rəbbin də onları əzabla qamçıladı.
إِنَّ رَبَّكَ لَبِالْمِرْصَادِ {١٤} 14. Həqiqətən, sənin Rəbbin nəzarət edir.
فَأَمَّا الْإِنْسَانُ إِذَا مَا ابْتَلَاهُ رَبُّهُ فَأَكْرَمَهُ وَنَعَّمَهُ فَيَقُولُ رَبِّي أَكْرَمَنِ {١٥} 15. İnsana gəlincə, Rəbbi onu sınayıb ehtiram göstərəndə və ona nemət verəndə: “Rəbbim mənə ehtiram göstərdi!” – deyər.
وَأَمَّا إِذَا مَا ابْتَلَاهُ فَقَدَرَ عَلَيْهِ رِزْقَهُ فَيَقُولُ رَبِّي أَهَانَنِ {١٦} 16. Amma onu sınamaq üçün ruzisini azaldanda: “Rəbbim məni alçaltdı!” – deyər.
كَلَّا ۖ بَلْ لَا تُكْرِمُونَ الْيَتِيمَ {١٧} 17. Xeyr! Əslində siz yetimə ehtiram göstərmirsiniz,
وَلَا تَحَاضُّونَ عَلَىٰ طَعَامِ الْمِسْكِينِ {١٨} 18. kasıbı yedirməyə bir-birinizi təhrik etmirsiniz,
وَتَأْكُلُونَ التُّرَاثَ أَكْلًا لَمًّا {١٩} 19. mirası hərisliklə yeyirsiniz,
وَتُحِبُّونَ الْمَالَ حُبًّا جَمًّا {٢٠} 20. var-dövləti də hərisliklə sevirsiniz.
كَلَّا إِذَا دُكَّتِ الْأَرْضُ دَكًّا دَكًّا {٢١} 21. Xeyr! Elə ki yer lərzəyə gəlib parça-parça olacaq,
وَجَاءَ رَبُّكَ وَالْمَلَكُ صَفًّا صَفًّا {٢٢} 22. sənin Rəbbin və səf-səf düzülmüş mələklər gələcək
وَجِيءَ يَوْمَئِذٍ بِجَهَنَّمَ ۚ يَوْمَئِذٍ يَتَذَكَّرُ الْإِنْسَانُ وَأَنَّىٰ لَهُ الذِّكْرَىٰ {٢٣} 23. və o gün Cəhənnəm gətiriləcək. O gün insan günahlarını xatırlayacaqdır. Lakin bu xatırlamanın ona nə faydası?
يَقُولُ يَا لَيْتَنِي قَدَّمْتُ لِحَيَاتِي {٢٤} 24. O: “Kaş axirət həyatım üçün əvvəlcədən hazırlıq görəydim!” – deyəcəkdir.
فَيَوْمَئِذٍ لَا يُعَذِّبُ عَذَابَهُ أَحَدٌ {٢٥} 25. O gün heç kəs Allahın verdiyi əzab kimi əzab verə bilməz
وَلَا يُوثِقُ وَثَاقَهُ أَحَدٌ {٢٦} 26. və heç kəs Onun buxovladığı kimi buxovlaya bilməz.
يَا أَيَّتُهَا النَّفْسُ الْمُطْمَئِنَّةُ {٢٧} 27. O gün möminə deyiləcəkdir: “Ey arxayın olan kəs!
ارْجِعِي إِلَىٰ رَبِّكِ رَاضِيَةً مَرْضِيَّةً {٢٨} 28. Razı qalmış və razılıq qazanmış halda öz Rəbbinə tərəf dön!
فَادْخُلِي فِي عِبَادِي {٢٩} 29. Mənim qullarımın cərgəsinə keç!
وَادْخُلِي جَنَّتِي {٣٠} 30. Cənnətimə daxil ol!
Al-Qur'an Today @2006