سورةالاعلى {٨٧} 87. AL-A´LAA
سَبِّحِ اسْمَ رَبِّكَ الْأَعْلَى {١} 1. Ən Uca Rəbbinin adına təriflər de!
الَّذِي خَلَقَ فَسَوَّىٰ {٢} 2. O Rəbbin ki, hər şeyi yaradıb kamilləşdirdi;
وَالَّذِي قَدَّرَ فَهَدَىٰ {٣} 3. O Rəbbin ki, hər şeyin müqəddəratını əzəldən müəyyən edərək yol göstərdi;
وَالَّذِي أَخْرَجَ الْمَرْعَىٰ {٤} 4. O Rəbbin ki, otlağı cücərtdi,
فَجَعَلَهُ غُثَاءً أَحْوَىٰ {٥} 5. sonra da qaralmış samana çevirdi.
سَنُقْرِئُكَ فَلَا تَنْسَىٰ {٦} 6. Biz sənə Quranı elə oxumaq imkanı verəcəyik ki, o, yadından çıxmayacaq.
إِلَّا مَا شَاءَ اللَّهُ ۚ إِنَّهُ يَعْلَمُ الْجَهْرَ وَمَا يَخْفَىٰ {٧} 7. Əlbəttə, Allahın istədiyindən başqa. Həqiqətən, O, aşkardakından da, gizli qalandan da xəbərdardır.
وَنُيَسِّرُكَ لِلْيُسْرَىٰ {٨} 8. Səni ən asan olana müvəffəq edərik.
فَذَكِّرْ إِنْ نَفَعَتِ الذِّكْرَىٰ {٩} 9. Xatırlatmanın fayda verdiyini görsən, onlara xatırlat!
سَيَذَّكَّرُ مَنْ يَخْشَىٰ {١٠} 10. Allahdan qorxanlar öyüd-nəsihət götürərlər.
وَيَتَجَنَّبُهَا الْأَشْقَى {١١} 11. Ən bədbəxt kimsələr isə onu qulaqardına vurarlar.
الَّذِي يَصْلَى النَّارَ الْكُبْرَىٰ {١٢} 12. O kimsə ki, Cəhənnəmə atılacaq,
ثُمَّ لَا يَمُوتُ فِيهَا وَلَا يَحْيَىٰ {١٣} 13. O orada nə öləcək, nə də yaşaya biləcəkdir.
قَدْ أَفْلَحَ مَنْ تَزَكَّىٰ {١٤} 14. Günahlardan təmizlənən kimsə isə uğur qazanmışdır.
وَذَكَرَ اسْمَ رَبِّهِ فَصَلَّىٰ {١٥} 15. O kimsə ki, Rəbbinin adını xatırlayıb namaz qılmışdır.
بَلْ تُؤْثِرُونَ الْحَيَاةَ الدُّنْيَا {١٦} 16. Xeyr, siz dünya həyatını olduqca üstün tutursunuz;
وَالْآخِرَةُ خَيْرٌ وَأَبْقَىٰ {١٧} 17. Axirət isə daha xeyirli və daha sürəklidir.
إِنَّ هَٰذَا لَفِي الصُّحُفِ الْأُولَىٰ {١٨} 18. Həqiqətən də bu, əvvəlki səhifələrdə bildirilmişdir –
صُحُفِ إِبْرَاهِيمَ وَمُوسَىٰ {١٩} 19. İbrahimin və Musanın səhifələrində.
Al-Qur'an Today @2006