سورةالطارق {٨٦} 86. AT-TAARIQ
وَالسَّمَاءِ وَالطَّارِقِ {١} 1. And olsun səmaya və gecə yolçusuna!
وَمَا أَدْرَاكَ مَا الطَّارِقُ {٢} 2. Sən nə bilirsən ki, gecə yolçusu nədir?
النَّجْمُ الثَّاقِبُ {٣} 3. Bu, qaranlıqları dəlib keçən ulduzdur.
إِنْ كُلُّ نَفْسٍ لَمَّا عَلَيْهَا حَافِظٌ {٤} 4. Elə bir kimsə yoxdur ki, onun üzərində gözətçi olmasın!
فَلْيَنْظُرِ الْإِنْسَانُ مِمَّ خُلِقَ {٥} 5. Qoy insan nədən yaradıldığına bir baxsın!
خُلِقَ مِنْ مَاءٍ دَافِقٍ {٦} 6. O, süzülüb tökülən bir mayedən yaradılmışdır.
يَخْرُجُ مِنْ بَيْنِ الصُّلْبِ وَالتَّرَائِبِ {٧} 7. Bu maye bel və köks sümükləri arasından çıxır.
إِنَّهُ عَلَىٰ رَجْعِهِ لَقَادِرٌ {٨} 8. Şübhəsiz ki, Allah onu dirildib qaytarmağa qadirdir.
يَوْمَ تُبْلَى السَّرَائِرُ {٩} 9. Sirlərin sınaqdan keçiriləcəyi gün,
فَمَا لَهُ مِنْ قُوَّةٍ وَلَا نَاصِرٍ {١٠} 10. onun nə bir qüvvəsi, nə də bir köməkçisi olar.
وَالسَّمَاءِ ذَاتِ الرَّجْعِ {١١} 11. And olsun yağmurla qayıdan göyə!
وَالْأَرْضِ ذَاتِ الصَّدْعِ {١٢} 12. And olsun növbənöv bitkilərlə yarılan yerə!
إِنَّهُ لَقَوْلٌ فَصْلٌ {١٣} 13. Həqiqətən, bu, haqqı batildən ayırd edən bir kəlamdır.
وَمَا هُوَ بِالْهَزْلِ {١٤} 14. O, əyləncə də deyildir.
إِنَّهُمْ يَكِيدُونَ كَيْدًا {١٥} 15. Həqiqətən, kafirlər hiylə qururlar.
وَأَكِيدُ كَيْدًا {١٦} 16. Mən də hiylə qururam.
فَمَهِّلِ الْكَافِرِينَ أَمْهِلْهُمْ رُوَيْدًا {١٧} 17. Kafirlərə hələ möhlət ver! Onlara bir az da möhlət ver.
Al-Qur'an Today @2006