سورةالبروج {٨٥} 85. AL-BURUUJ
وَالسَّمَاءِ ذَاتِ الْبُرُوجِ {١} 1. And olsun bürclü göyə!
وَالْيَوْمِ الْمَوْعُودِ {٢} 2. And olsun vədə verilmiş günə!
وَشَاهِدٍ وَمَشْهُودٍ {٣} 3. And olsun şahidlik edənə və edilənə!
قُتِلَ أَصْحَابُ الْأُخْدُودِ {٤} 4. Məhv olsun xəndək kənarında yığışanlar!
النَّارِ ذَاتِ الْوَقُودِ {٥} 5. Odunla alışdırılmış xəndək.
إِذْ هُمْ عَلَيْهَا قُعُودٌ {٦} 6. Onlar o xəndəyin qırağında oturub,
وَهُمْ عَلَىٰ مَا يَفْعَلُونَ بِالْمُؤْمِنِينَ شُهُودٌ {٧} 7. möminlərə öz verdikləri işgəncələrə şahidlik edirdilər.
وَمَا نَقَمُوا مِنْهُمْ إِلَّا أَنْ يُؤْمِنُوا بِاللَّهِ الْعَزِيزِ الْحَمِيدِ {٨} 8. Kafirlər onlardan yalnız Qüdrətli, Tərifəlayiq Allaha iman gətirdiklərinə görə intiqam alırdılar.
الَّذِي لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدٌ {٩} 9. Halbuki, göylərdə və yerdə mütləq hakimiyyət Ona məxsusdur. Allah hər şeyə Şahiddir.
إِنَّ الَّذِينَ فَتَنُوا الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ ثُمَّ لَمْ يَتُوبُوا فَلَهُمْ عَذَابُ جَهَنَّمَ وَلَهُمْ عَذَابُ الْحَرِيقِ {١٠} 10. O kəslər ki, mömin kişi və qadınları yandırmaqla sınağa çəkmiş, sonra da tövbə etməmişlər, onlara Cəhənnəm əzabı və onları yandırıb-yaxacaq od əzabı hazırlanmışdır.
إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَهُمْ جَنَّاتٌ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ ۚ ذَٰلِكَ الْفَوْزُ الْكَبِيرُ {١١} 11. Şübhəsiz ki, iman gətirib yaxşı işlər görənlər üçün ağacları altından çaylar axan Cənnət bağları vardır. Bu, böyük müvəffəqiyyətdir.
إِنَّ بَطْشَ رَبِّكَ لَشَدِيدٌ {١٢} 12. Doğrudan da, Rəbbinin günahkarları yaxalaması çox şiddətlidir!
إِنَّهُ هُوَ يُبْدِئُ وَيُعِيدُ {١٣} 13. Həqiqətən, O, hər şeyi ilkin yaradır və onu yenidən bərpa edir!
وَهُوَ الْغَفُورُ الْوَدُودُ {١٤} 14. Bağışlayan da, Sevən də Odur!
ذُو الْعَرْشِ الْمَجِيدُ {١٥} 15. Ərşin sahibidir, Şan-şöhrətlidir!
فَعَّالٌ لِمَا يُرِيدُ {١٦} 16. İstədiyini edəndir.
هَلْ أَتَاكَ حَدِيثُ الْجُنُودِ {١٧} 17. Qoşunlar haqqında əhvalat sənə çatıbmı?
فِرْعَوْنَ وَثَمُودَ {١٨} 18. Firon və Səmud qoşunlarının.
بَلِ الَّذِينَ كَفَرُوا فِي تَكْذِيبٍ {١٩} 19. Xeyr, küfr edənlər haqqı yalan saymaqdadırlar.
وَاللَّهُ مِنْ وَرَائِهِمْ مُحِيطٌ {٢٠} 20. Allah onları arxadan əhatə etmişdir.
بَلْ هُوَ قُرْآنٌ مَجِيدٌ {٢١} 21. Bəli, bu şanlı Qurandır.
فِي لَوْحٍ مَحْفُوظٍ {٢٢} 22. O, mühafizə edilən lövhədədir.
Al-Qur'an Today @2006