سورةالمطففين {٨٣} 83. AL-MUTAFFIFIIN
وَيْلٌ لِلْمُطَفِّفِينَ {١} 1. Çəkidə və ölçüdə aldadanların vay halına!
الَّذِينَ إِذَا اكْتَالُوا عَلَى النَّاسِ يَسْتَوْفُونَ {٢} 2. O kəslərin ki, camaatdan bir şey aldıqda onu tam almaq istəyərlər,
وَإِذَا كَالُوهُمْ أَوْ وَزَنُوهُمْ يُخْسِرُونَ {٣} 3. onlar üçün bir şey ölçdükdə və ya çəkdikdə onu ziyana salarlar.
أَلَا يَظُنُّ أُولَٰئِكَ أَنَّهُمْ مَبْعُوثُونَ {٤} 4. Onlar dirildiləcəklərini fikirləşmirlərmi?
لِيَوْمٍ عَظِيمٍ {٥} 5. Həm də əzəmətli bir gündə.
يَوْمَ يَقُومُ النَّاسُ لِرَبِّ الْعَالَمِينَ {٦} 6. O gündə ki, insanlar aləmlərin Rəbbinin qarşısında dayanacaqlar.
كَلَّا إِنَّ كِتَابَ الْفُجَّارِ لَفِي سِجِّينٍ {٧} 7. Xeyr! Həqiqətən, günahkarların kitabı Siccindədir.
وَمَا أَدْرَاكَ مَا سِجِّينٌ {٨} 8. Sən haradan biləsən ki, Siccin nədir?!
كِتَابٌ مَرْقُومٌ {٩} 9. O, yazılı bir kitabdır!
وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ {١٠} 10. O gün haqqı yalan hesab edənlərin vay halına!
الَّذِينَ يُكَذِّبُونَ بِيَوْمِ الدِّينِ {١١} 11. O kəslərin ki, Haqq-hesab gününü yalan hesab edirlər.
وَمَا يُكَذِّبُ بِهِ إِلَّا كُلُّ مُعْتَدٍ أَثِيمٍ {١٢} 12. Amma bunu, həddini aşan günahkardan başqa, heç kəs yalan hesab etməz.
إِذَا تُتْلَىٰ عَلَيْهِ آيَاتُنَا قَالَ أَسَاطِيرُ الْأَوَّلِينَ {١٣} 13. Ayələrimiz ona oxunduğu zaman: “Bu, keçmişdəkilərin uydurduğu əfsanələrdir!” – deyir.
كَلَّا ۖ بَلْ ۜ رَانَ عَلَىٰ قُلُوبِهِمْ مَا كَانُوا يَكْسِبُونَ {١٤} 14. Xeyr! Onların qəlbini qazandıqları günahlar bürümüşdür.
كَلَّا إِنَّهُمْ عَنْ رَبِّهِمْ يَوْمَئِذٍ لَمَحْجُوبُونَ {١٥} 15. Xeyr, həmin gün onlarla Rəbbi arasına pərdə çəkiləcək!
ثُمَّ إِنَّهُمْ لَصَالُو الْجَحِيمِ {١٦} 16. Sonra onlar Cəhənnəmə girəcəklər
ثُمَّ يُقَالُ هَٰذَا الَّذِي كُنْتُمْ بِهِ تُكَذِّبُونَ {١٧} 17. və onlara deyiləcək: “Budur sizin yalan hesab etdiyiniz Cəhənnəm!”
كَلَّا إِنَّ كِتَابَ الْأَبْرَارِ لَفِي عِلِّيِّينَ {١٨} 18. Xeyr! Həqiqətən, itaətkarların kitabı İlliyyundadir!
وَمَا أَدْرَاكَ مَا عِلِّيُّونَ {١٩} 19. Sən haradan biləsən ki, İlliyyun nədir?!
كِتَابٌ مَرْقُومٌ {٢٠} 20. O, elə bir yazılı kitabdır ki,
يَشْهَدُهُ الْمُقَرَّبُونَ {٢١} 21. onu yalnız Allaha yaxın olanlar görürlər!
إِنَّ الْأَبْرَارَ لَفِي نَعِيمٍ {٢٢} 22. Həqiqətən, itaətkarlar nemətlər içində olacaqlar.
عَلَى الْأَرَائِكِ يَنْظُرُونَ {٢٣} 23. Onlar taxtlar üstündə seyrə dalacaqlar.
تَعْرِفُ فِي وُجُوهِهِمْ نَضْرَةَ النَّعِيمِ {٢٤} 24. Sən onların çöhrəsində səadət parlaqlığı görəcəksən.
يُسْقَوْنَ مِنْ رَحِيقٍ مَخْتُومٍ {٢٥} 25. Onlara möhürlü şərabdan içirdiləcəkdir.
خِتَامُهُ مِسْكٌ ۚ وَفِي ذَٰلِكَ فَلْيَتَنَافَسِ الْمُتَنَافِسُونَ {٢٦} 26. Onun möhürü müşkdür. Qoy çalışanlar onun üçün səy göstərsinlər!
وَمِزَاجُهُ مِنْ تَسْنِيمٍ {٢٧} 27. Onun qatışığı isə təsnim bulağındandır.
عَيْنًا يَشْرَبُ بِهَا الْمُقَرَّبُونَ {٢٨} 28. O təsnim elə bir bulaqdır ki, ondan Allaha yaxın olanlar içərlər.
إِنَّ الَّذِينَ أَجْرَمُوا كَانُوا مِنَ الَّذِينَ آمَنُوا يَضْحَكُونَ {٢٩} 29. Doğrudan da, günah edənlər iman gətirənlərə gülürdülər,
وَإِذَا مَرُّوا بِهِمْ يَتَغَامَزُونَ {٣٠} 30. onların yanından keçdikdə bir-birinə qaş-göz edirdilər,
وَإِذَا انْقَلَبُوا إِلَىٰ أَهْلِهِمُ انْقَلَبُوا فَكِهِينَ {٣١} 31. öz ailələrinin yanına fərəhlə qayıdırdılar,
وَإِذَا رَأَوْهُمْ قَالُوا إِنَّ هَٰؤُلَاءِ لَضَالُّونَ {٣٢} 32. möminləri gördükdə isə deyirdilər: “Həqiqətən, bunlar azmışlardır!”
وَمَا أُرْسِلُوا عَلَيْهِمْ حَافِظِينَ {٣٣} 33. Halbuki bu günahkarlar onlara gözətçi qoyulmamışdılar.
فَالْيَوْمَ الَّذِينَ آمَنُوا مِنَ الْكُفَّارِ يَضْحَكُونَ {٣٤} 34. Bu gün məhz iman gətirənlər kafirlərə güləcəklər.
عَلَى الْأَرَائِكِ يَنْظُرُونَ {٣٥} 35. Onlar taxtlar üstündə ətrafa baxacaqlar.
هَلْ ثُوِّبَ الْكُفَّارُ مَا كَانُوا يَفْعَلُونَ {٣٦} 36. Kafirlər törətdiklərinin cəzasını aldılarmı?!
Al-Qur'an Today @2006