سورةالانفطار {٨٢} 82. AL-INFITAAR
إِذَا السَّمَاءُ انْفَطَرَتْ {١} 1. Göy parçalanacağı zaman,
وَإِذَا الْكَوَاكِبُ انْتَثَرَتْ {٢} 2. ulduzlar səpələnəcəyi zaman,
وَإِذَا الْبِحَارُ فُجِّرَتْ {٣} 3. dənizlər daşıb bir-birinə qarışacağı zaman,
وَإِذَا الْقُبُورُ بُعْثِرَتْ {٤} 4. qəbirlər çevriləcəyi zaman,
عَلِمَتْ نَفْسٌ مَا قَدَّمَتْ وَأَخَّرَتْ {٥} 5. hər kəs əvvəlcədən özü üçün nəyi tədarük edib, nəyi sonraya saxladığını biləcəkdir.
يَا أَيُّهَا الْإِنْسَانُ مَا غَرَّكَ بِرَبِّكَ الْكَرِيمِ {٦} 6. Ey insan! Səni öz Səxavətli Rəbbinə qarşı qoyan nədir?
الَّذِي خَلَقَكَ فَسَوَّاكَ فَعَدَلَكَ {٧} 7. O ki, səni yaradıb kamilləşdirdi və sənə gözəl bir surət verdi.
فِي أَيِّ صُورَةٍ مَا شَاءَ رَكَّبَكَ {٨} 8. Səni istədiyi şəklə saldı.
كَلَّا بَلْ تُكَذِّبُونَ بِالدِّينِ {٩} 9. Xeyr! Əksinə, siz Qiyaməti yalan hesab edirsiniz!
وَإِنَّ عَلَيْكُمْ لَحَافِظِينَ {١٠} 10. Həqiqətən, sizin üstünüzdə nəzarətçilər vardır –
كِرَامًا كَاتِبِينَ {١١} 11. çox möhtərəm, əməllərinizi yazanlar.
يَعْلَمُونَ مَا تَفْعَلُونَ {١٢} 12. Onlar sizin nə etdiklərinizi bilirlər.
إِنَّ الْأَبْرَارَ لَفِي نَعِيمٍ {١٣} 13. Həqiqətən, itaətkarlar nemət içində olacaqlar.
وَإِنَّ الْفُجَّارَ لَفِي جَحِيمٍ {١٤} 14. Şübhəsiz ki, günahkarlar da Cəhənnəmdə olacaqlar.
يَصْلَوْنَهَا يَوْمَ الدِّينِ {١٥} 15. Onlar ora Haqq-hesab günü girəcəklər.
وَمَا هُمْ عَنْهَا بِغَائِبِينَ {١٦} 16. Onlar əsla ondan yayına bilməyəcəklər.
وَمَا أَدْرَاكَ مَا يَوْمُ الدِّينِ {١٧} 17. Sən haradan biləydin ki, Haqq-hesab günü nədir?
ثُمَّ مَا أَدْرَاكَ مَا يَوْمُ الدِّينِ {١٨} 18. Doğrudan da, sən haradan biləydin ki, Haqq-hesab günü nədir?
يَوْمَ لَا تَمْلِكُ نَفْسٌ لِنَفْسٍ شَيْئًا ۖ وَالْأَمْرُ يَوْمَئِذٍ لِلَّهِ {١٩} 19. O gün heç kəs heç kəsə fayda verə bilməz və həmin gün hakimiyyət Allaha məxsus olacaqdır!
Al-Qur'an Today @2006