 |
| إِذَا الشَّمْسُ كُوِّرَتْ {١} |
1. Günəş (əmmamə kimi) sarınıb büküləcəyi (sönəcəyi) zaman; |
| وَإِذَا النُّجُومُ انْكَدَرَتْ {٢} |
2. Ulduzlar (göydən qopub yağış dənələri kimi yerə) səpələnəcəyi zaman; |
| وَإِذَا الْجِبَالُ سُيِّرَتْ {٣} |
3. Dağlar yerindən qopardılacağı (toz kimi havada uçacağı) zaman; |
| وَإِذَا الْعِشَارُ عُطِّلَتْ {٤} |
4. (Bədəvi ərəblərin çox əziz tutduğu) boğaz dəvələr başlı-başına buraxılacağı zaman; |
| وَإِذَا الْوُحُوشُ حُشِرَتْ {٥} |
5. Vəhşi heyvanlar (bir-birindən qisas almaq üçün) bir yerə toplanacağı zaman; |
| وَإِذَا الْبِحَارُ سُجِّرَتْ {٦} |
6. Dənizlər od tutub yanacağı (və ya dolub daşacağı) zaman; |
| وَإِذَا النُّفُوسُ زُوِّجَتْ {٧} |
7. Ruhlar (bədənlərə) qovuşacağı zaman; |
| وَإِذَا الْمَوْءُودَةُ سُئِلَتْ {٨} |
8. Diri-diri torpağa gömülən körpə qızdan: |
| بِأَيِّ ذَنْبٍ قُتِلَتْ {٩} |
9. "Axı o hansı günaha görə öldürüldü?"; soruşulacağı zaman; |
| وَإِذَا الصُّحُفُ نُشِرَتْ {١٠} |
10. Əməl dəftərləri açılacağı zaman; |
| وَإِذَا السَّمَاءُ كُشِطَتْ {١١} |
11. Göy (yerindən) qopardılacağı (və ya büküləcəyi) zaman; |
| وَإِذَا الْجَحِيمُ سُعِّرَتْ {١٢} |
12. Cəhənnəm alovlandırılacağı zaman; |
| وَإِذَا الْجَنَّةُ أُزْلِفَتْ {١٣} |
13. Və Cənnət (mö´minlərə) yaxınlaşdırılacağı zaman; |
| عَلِمَتْ نَفْسٌ مَا أَحْضَرَتْ {١٤} |
14. Hər kəs (dünyada bugünkü günə özü üçün yaxşı, pis) nə hazır etdiyini biləcəkdir! |
| فَلَا أُقْسِمُ بِالْخُنَّسِ {١٥} |
15. And içirəm (gecə) yanıb (gündüz) sönən ulduzlara; |
| الْجَوَارِ الْكُنَّسِ {١٦} |
16. (Günəşlə, ayla) seyr edib (onlar batdığı zaman) gizlənən səyyarələrə (Zühələ, Müştəriyə, Mərrixə, Zöhrəyə və Ütaridə); |
| وَاللَّيْلِ إِذَا عَسْعَسَ {١٧} |
17. Qaralmaqda olan gecəyə (yaxud: qaralmaqda və çəkilməkdə olan gecəyə) |
| وَالصُّبْحِ إِذَا تَنَفَّسَ {١٨} |
18. Və sökülməkdə olan dan yerinə ki, |
| إِنَّهُ لَقَوْلُ رَسُولٍ كَرِيمٍ {١٩} |
19. Bu (Qur´an Allah dərgahında) çox möhtərəm olan bir elçinin (Cəbrailin) gətirdiyi kəlamdır. |
| ذِي قُوَّةٍ عِنْدَ ذِي الْعَرْشِ مَكِينٍ {٢٠} |
20. (Elə bir elçi ki) çox qüvvətlidir; ərşin sahibi (Allah) yanında çox hörmətlidir (izzətlidir). |
| مُطَاعٍ ثَمَّ أَمِينٍ {٢١} |
21. (Elə bir elçi ki, mələklər arasında) itaət ediləndir, həm də (Allah yanında vəhyə) e´tibarlı müvəkkildir. |
| وَمَا صَاحِبُكُمْ بِمَجْنُونٍ {٢٢} |
22. (Ey Məkkə əhli!) Həqiqətən, sizin dostunuz (müşriklərin dediyi kimi) divanə deyildir! |
| وَلَقَدْ رَآهُ بِالْأُفُقِ الْمُبِينِ {٢٣} |
23. And olsun ki, (Peyğəmbər!) onu (Cəbraili) açıq (ən uca) üfüqdə gördü. |
| وَمَا هُوَ عَلَى الْغَيْبِ بِضَنِينٍ {٢٤} |
24. O, qeyb (vəhyi olduğu kimi təbliğ etmək və sizə öyrətmək) barəsində xəsis deyildir. |
| وَمَا هُوَ بِقَوْلِ شَيْطَانٍ رَجِيمٍ {٢٥} |
25. O (Qur´an) da məl´un (Allahın rəhmətindən qovulmuş) Şeytanın sözü deyildir. |
| فَأَيْنَ تَذْهَبُونَ {٢٦} |
26. Elə isə (siz ondan üz döndərib) hara gedirsiniz? |
| إِنْ هُوَ إِلَّا ذِكْرٌ لِلْعَالَمِينَ {٢٧} |
27. O, aləmlər (bütün insanlar və cinlər) üçün ancaq bir öyüd-nəsihətdir. |
| لِمَنْ شَاءَ مِنْكُمْ أَنْ يَسْتَقِيمَ {٢٨} |
28. Eləcə də sizdən doğru-düz (yolda) olmaq istəyənlər üçün. |
| وَمَا تَشَاءُونَ إِلَّا أَنْ يَشَاءَ اللَّهُ رَبُّ الْعَالَمِينَ {٢٩} |
29. (Onu da bilin ki) aləmlərin Rəbbi olan Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz! (Yalnız Allah istəsə, istəyə bilərsiniz. Siz insanlar həmişə Allahın qüdrəti, hökmü və iradəsi altındasınız. O sizi bir şeyi istəməyincə siz onu özünüzə istəyə bilməzsiniz. Ona görə də hər işdə Allaha təvəkkül edin!) |
 |