 |
| عَمَّ يَتَسَاءَلُونَ {١} |
1. (Bu müşriklər) bir-birindən nə haqqında soruşurlar? |
| عَنِ النَّبَإِ الْعَظِيمِ {٢} |
2. Böyük bir xəbər (qiyamət günü) haqqında! |
| الَّذِي هُمْ فِيهِ مُخْتَلِفُونَ {٣} |
3. Elə bir xəbər ki, onun barəsində ixtilafdadırlar. |
| كَلَّا سَيَعْلَمُونَ {٤} |
4. Xeyr, onlar (qiyamətin haqq olduğunu) mütləq biləcəklər! |
| ثُمَّ كَلَّا سَيَعْلَمُونَ {٥} |
5. Bir də (deyirəm) xeyr, onlar (qiyamətin haqq olduğunu) mütləq biləcəklər! |
| أَلَمْ نَجْعَلِ الْأَرْضَ مِهَادًا {٦} |
6. Məgər Biz yeri döşək etmədikmi?! |
| وَالْجِبَالَ أَوْتَادًا {٧} |
7. Dağları da dirək?! |
| وَخَلَقْنَاكُمْ أَزْوَاجًا {٨} |
8. Biz sizləri (erkək və dişi olmaqla) cüt-cüt yaratdıq. |
| وَجَعَلْنَا نَوْمَكُمْ سُبَاتًا {٩} |
9. Yuxunuzu da istirahət etdik. |
| وَجَعَلْنَا اللَّيْلَ لِبَاسًا {١٠} |
10. Biz gecəni (hər şeyi bürüyən) örtük etdik. |
| وَجَعَلْنَا النَّهَارَ مَعَاشًا {١١} |
11. Gündüzü isə dolanışlıq (ruzi qazanmaq) vaxtı etdik. |
| وَبَنَيْنَا فَوْقَكُمْ سَبْعًا شِدَادًا {١٢} |
12. Üstünüzdə yeddi (qat) möhkəm (göy) qurduq. |
| وَجَعَلْنَا سِرَاجًا وَهَّاجًا {١٣} |
13. Sizin üçün çox parlaq bir çıxar (günəş) yaratdıq. |
| وَأَنْزَلْنَا مِنَ الْمُعْصِرَاتِ مَاءً ثَجَّاجًا {١٤} |
14. (Küləklərin sıxdığı) buludlardan şırıl-şırıl tökülən yağmur endirdik ki, |
| لِنُخْرِجَ بِهِ حَبًّا وَنَبَاتًا {١٥} |
15. Onunla dən və bitki yetişdirək, |
| وَجَنَّاتٍ أَلْفَافًا {١٦} |
16. Eləcə də (ağacları bir-birinə) sarmaşan bağlar. |
| إِنَّ يَوْمَ الْفَصْلِ كَانَ مِيقَاتًا {١٧} |
17. Həqiqətən, (haqla batili) ayırd etmə günü (əzəldən müəyyən edilmiş) bir vaxtdır! |
| يَوْمَ يُنْفَخُ فِي الصُّورِ فَتَأْتُونَ أَفْوَاجًا {١٨} |
18. Sur çalınacağı gün (qəbirlərinizdən çıxıb) dəstə-dəstə (məhşərə) gələcəksiniz. |
| وَفُتِحَتِ السَّمَاءُ فَكَانَتْ أَبْوَابًا {١٩} |
19. (O gün) göy qapı-qapı (mələklərin yerə enməsi üçün göydə yarıqlar) açılacaqdır. |
| وَسُيِّرَتِ الْجِبَالُ فَكَانَتْ سَرَابًا {٢٠} |
20. Dağlar yerindən qopardılıb (havada toz kimi uçaraq) ilğıma dönəcəkdir. |
| إِنَّ جَهَنَّمَ كَانَتْ مِرْصَادًا {٢١} |
21. Həqiqətən, Cəhənnəm (mələklərin hazır durub kafirləri gözlədiyi) pusqudur! |
| لِلطَّاغِينَ مَآبًا {٢٢} |
22. O, azğınların məskənidir. |
| لَابِثِينَ فِيهَا أَحْقَابًا {٢٣} |
23. Onlar orada sonsuz müddət qalacaqlar. |
| لَا يَذُوقُونَ فِيهَا بَرْدًا وَلَا شَرَابًا {٢٤} |
24. Onlar orada nə bir sərinlik (görəcək), nə də içməyə bir şey tapacaqlar; |
| إِلَّا حَمِيمًا وَغَسَّاقًا {٢٥} |
25. Qaynar sudan və irindən başqa!- |
| جَزَاءً وِفَاقًا {٢٦} |
26. (Dünyadakı əmələrinə) uyğun cəza olaraq. |
| إِنَّهُمْ كَانُوا لَا يَرْجُونَ حِسَابًا {٢٧} |
27. Çünki onlar haqq-hesab çəkiləcəyinə ümid bəsləmirdilər (qiyamət gününə inanmır, onun əzabından qorxmurdular). |
| وَكَذَّبُوا بِآيَاتِنَا كِذَّابًا {٢٨} |
28. Ayələrimizi də elə hey təkzib edirdilər. |
| وَكُلَّ شَيْءٍ أَحْصَيْنَاهُ كِتَابًا {٢٩} |
29. Biz hər şeyi (bir-bir) sayıb (lövhi-məhfuzda) yazmışıq (və ya: əməl dəftərində yazıb təsbit etmişik). |
| فَذُوقُوا فَلَنْ نَزِيدَكُمْ إِلَّا عَذَابًا {٣٠} |
30. İndi (ey kafirlər!) dadın əzabı. Biz sizə əzabdan başqa bir şey artırmayacağıq! |
| إِنَّ لِلْمُتَّقِينَ مَفَازًا {٣١} |
31. Həqiqətən, müttəqilərin nicat yeri (Cənnət), |
| حَدَائِقَ وَأَعْنَابًا {٣٢} |
32. Bağçalar və üzüm bağları, |
| وَكَوَاعِبَ أَتْرَابًا {٣٣} |
33. Sinələri yenicə qabarmış (dolmuş, tumurcuqlanmış, gözəllikdə və məlahətdə bir-birinə bənzər) həmyaşıd qızlar. |
| وَكَأْسًا دِهَاقًا {٣٤} |
34. (Cənnət şərabı ilə) dolu qədəhlər gözləyir! |
| لَا يَسْمَعُونَ فِيهَا لَغْوًا وَلَا كِذَّابًا {٣٥} |
35. Onlar orada (Cənnətdə) nə boş söz, nə də yalan eşidəcəklər. |
| جَزَاءً مِنْ رَبِّكَ عَطَاءً حِسَابًا {٣٦} |
36. (Bu, müttəqilərə) Rəbbindən olan mükafat, artıqlaması ilə verilən bəxşişdir - |
| رَبِّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا الرَّحْمَٰنِ ۖ لَا يَمْلِكُونَ مِنْهُ خِطَابًا {٣٧} |
37. Göylərin, yerin və onların arasındakıların Rəhman olan Rəbbindən (göndərilən bəxşişdir). Onlar (məxluqat) Onun hüzurunda heç bir söz deməyə qadir olmazlar! |
| يَوْمَ يَقُومُ الرُّوحُ وَالْمَلَائِكَةُ صَفًّا ۖ لَا يَتَكَلَّمُونَ إِلَّا مَنْ أَذِنَ لَهُ الرَّحْمَٰنُ وَقَالَ صَوَابًا {٣٨} |
38. Ruhun (Cəbrailin) və mələklərin səf-səf duracağı gün Rəhmanın izin verdiyi kimsələrdən başqa heç kəs danışmayacaq, danışan da doğrunu deyəcəkdir! |
| ذَٰلِكَ الْيَوْمُ الْحَقُّ ۖ فَمَنْ شَاءَ اتَّخَذَ إِلَىٰ رَبِّهِ مَآبًا {٣٩} |
39. Bu, haqq olan gündür. Kim dilərsə, (iman gətirib ibadət və itaət etməklə) Rəbbinə tərəf qayıdan bir yol tutar! |
| إِنَّا أَنْذَرْنَاكُمْ عَذَابًا قَرِيبًا يَوْمَ يَنْظُرُ الْمَرْءُ مَا قَدَّمَتْ يَدَاهُ وَيَقُولُ الْكَافِرُ يَا لَيْتَنِي كُنْتُ تُرَابًا {٤٠} |
40. Həqiqətən, Biz sizi yaxın bir əzabla (qiyamət gününün əzabı ilə) qorxutduq. O gün insan öz əlləri ilə etdiyi (yaxşı, pis) əməlləri görəcək, kafir isə: "Kaş (bu əzabı görməmək üçün) torpaq olaydım!" - deyəcəkdir. |
 |