سورةالنبا {٧٨} 78. AN-NABA´
عَمَّ يَتَسَاءَلُونَ {١} 1. Onlar nə barədə bir-birindən soruşurlar?
عَنِ النَّبَإِ الْعَظِيمِ {٢} 2. Böyük bir xəbər barəsində –
الَّذِي هُمْ فِيهِ مُخْتَلِفُونَ {٣} 3. elə bir xəbər ki, onlar onun haqqında ziddiyyətdədirlər.
كَلَّا سَيَعْلَمُونَ {٤} 4. Xeyr, onlar Qiyamətin həqiqət olduğunu hökmən biləcəklər!
ثُمَّ كَلَّا سَيَعْلَمُونَ {٥} 5. Bir daha xeyr! Onlar hökmən biləcəklər!
أَلَمْ نَجْعَلِ الْأَرْضَ مِهَادًا {٦} 6. Məgər Biz yeri yataq etmədikmi?
وَالْجِبَالَ أَوْتَادًا {٧} 7. Dağları da payalar?!
وَخَلَقْنَاكُمْ أَزْوَاجًا {٨} 8. Biz sizi cüt yaratdıq.
وَجَعَلْنَا نَوْمَكُمْ سُبَاتًا {٩} 9. Yuxunuzu da sizin üçün rahatlıq etdik.
وَجَعَلْنَا اللَّيْلَ لِبَاسًا {١٠} 10. Gecəni örtük etdik,
وَجَعَلْنَا النَّهَارَ مَعَاشًا {١١} 11. gündüzü isə ruzi qazanmaq vaxtı.
وَبَنَيْنَا فَوْقَكُمْ سَبْعًا شِدَادًا {١٢} 12. Üstünüzdə yeddi möhkəm göy qurduq
وَجَعَلْنَا سِرَاجًا وَهَّاجًا {١٣} 13. və çox parlaq bir çıraq yaratdıq.
وَأَنْزَلْنَا مِنَ الْمُعْصِرَاتِ مَاءً ثَجَّاجًا {١٤} 14. Biz buludlardan şırıltıyla yağış yağdırdıq ki,
لِنُخْرِجَ بِهِ حَبًّا وَنَبَاتًا {١٥} 15. onunla taxıl və digər bitkilər yetişdirək,
وَجَنَّاتٍ أَلْفَافًا {١٦} 16. habelə ağaclarının qol-budaqları bir-birinə sarmaşan bağlar salaq.
إِنَّ يَوْمَ الْفَصْلِ كَانَ مِيقَاتًا {١٧} 17. Həqiqətən, ayırd etmə günü bəlli bir vaxta təyin edilmişdir!
يَوْمَ يُنْفَخُ فِي الصُّورِ فَتَأْتُونَ أَفْوَاجًا {١٨} 18. Sur üfürüləcəyi gün siz dəstə-dəstə gələcəksiniz.
وَفُتِحَتِ السَّمَاءُ فَكَانَتْ أَبْوَابًا {١٩} 19. O gün göyün qapıları açılacaqdır.
وَسُيِّرَتِ الْجِبَالُ فَكَانَتْ سَرَابًا {٢٠} 20. Dağlar da hərəkətə gətirilib ilğıma çevriləcək.
إِنَّ جَهَنَّمَ كَانَتْ مِرْصَادًا {٢١} 21. Həqiqətən, Cəhənnəm kafirlər üçün pusquda dayanıb gözləyir.
لِلطَّاغِينَ مَآبًا {٢٢} 22. O, həddi aşanların qayıdacağı yerdir.
لَابِثِينَ فِيهَا أَحْقَابًا {٢٣} 23. Onlar orada əsrlər boyu qalacaqlar.
لَا يَذُوقُونَ فِيهَا بَرْدًا وَلَا شَرَابًا {٢٤} 24. Onlar orada nə bir sərinlik, nə də sərinlədirici içki dadacaqlar.
إِلَّا حَمِيمًا وَغَسَّاقًا {٢٥} 25. İçdikləri yalnız qaynar su və irin olacaq –
جَزَاءً وِفَاقًا {٢٦} 26. Törətdikləri əməllərinə uyğun bir cəza kimi.
إِنَّهُمْ كَانُوا لَا يَرْجُونَ حِسَابًا {٢٧} 27. Doğrusu, onlar haqq-hesab çəkiləcəklərinə ümid etmirdilər.
وَكَذَّبُوا بِآيَاتِنَا كِذَّابًا {٢٨} 28. Ayələrimizi də qətiyyətlə təkzib edirdilər.
وَكُلَّ شَيْءٍ أَحْصَيْنَاهُ كِتَابًا {٢٩} 29. Biz hər bir şeyi hesablayıb yazmışıq.
فَذُوقُوا فَلَنْ نَزِيدَكُمْ إِلَّا عَذَابًا {٣٠} 30. Elə isə dadın əzabı! Biz sizə əzabdan başqa bir şey artırmayacağıq!
إِنَّ لِلْمُتَّقِينَ مَفَازًا {٣١} 31. Həqiqətən, müttəqilər üçün nicat yeri vardır.
حَدَائِقَ وَأَعْنَابًا {٣٢} 32. Həmçinin bağlar və üzümlüklər,
وَكَوَاعِبَ أَتْرَابًا {٣٣} 33. dolğun döşlü həmyaşıd qızlar
وَكَأْسًا دِهَاقًا {٣٤} 34. və ləbələb doldurulmuş qədəhlər də vardır!
لَا يَسْمَعُونَ فِيهَا لَغْوًا وَلَا كِذَّابًا {٣٥} 35. Onlar orada nə mənasız sözlər, nə də iftira eşidəcəklər.
جَزَاءً مِنْ رَبِّكَ عَطَاءً حِسَابًا {٣٦} 36. Bunlar sənin Rəbbindən olan mükafatlar, artıqlaması ilə verilən töhfələrdir.
رَبِّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا الرَّحْمَٰنِ ۖ لَا يَمْلِكُونَ مِنْهُ خِطَابًا {٣٧} 37. Göylərin, yerin və onların arasında olanların Mərhəmətli Rəbbindən mükafatdır. Onlar Allahın hüzurunda bir söz deməyə qadir olmayacaqlar.
يَوْمَ يَقُومُ الرُّوحُ وَالْمَلَائِكَةُ صَفًّا ۖ لَا يَتَكَلَّمُونَ إِلَّا مَنْ أَذِنَ لَهُ الرَّحْمَٰنُ وَقَالَ صَوَابًا {٣٨} 38. Ruh (Cəbrail) və mələklər səf-səf duracağı gün, Mərhəmətli Allahın izin verdiyi kimsələrdən və doğru söz deyənlərdən başqa heç kəs danışmayacaq.
ذَٰلِكَ الْيَوْمُ الْحَقُّ ۖ فَمَنْ شَاءَ اتَّخَذَ إِلَىٰ رَبِّهِ مَآبًا {٣٩} 39. O gün, gerçək bir gündür. Kim istəsə öz Rəbbi yanında sığınacaq tapar!
إِنَّا أَنْذَرْنَاكُمْ عَذَابًا قَرِيبًا يَوْمَ يَنْظُرُ الْمَرْءُ مَا قَدَّمَتْ يَدَاهُ وَيَقُولُ الْكَافِرُ يَا لَيْتَنِي كُنْتُ تُرَابًا {٤٠} 40. Həqiqətən, Biz sizi yaxın əzab barədə xəbərdar etdik. O gün insan öz əlləri ilə nələr etdiyini görəcək, kafir isə deyəcəkdir: “Kaş mən torpaq olaydım!”
Al-Qur'an Today @2006