سورةالقيامة {٧٥} 75. AL-QIAAMAH
لَا أُقْسِمُ بِيَوْمِ الْقِيَامَةِ {١} 1. And içirəm qiyamət gününə;
وَلَا أُقْسِمُ بِالنَّفْسِ اللَّوَّامَةِ {٢} 2. And içirəm (günah etdiyi üçün, yaxud yaxşı əməli azdır deyə) özünü qınayan nəfsə! (Siz öləndən sonra mütləq diriləcəksiniz!)
أَيَحْسَبُ الْإِنْسَانُ أَلَّنْ نَجْمَعَ عِظَامَهُ {٣} 3. Məgər insan elə güman edir ki, (qiyamət günü) onun sümüklərini bir yerə yığa bilməyəcəyik?!
بَلَىٰ قَادِرِينَ عَلَىٰ أَنْ نُسَوِّيَ بَنَانَهُ {٤} 4. Bəli, Biz onun barmaqlarını da (barmaq sümüklərini də, barmaqlarının uclarını da) düzəltməyə qadirik!
بَلْ يُرِيدُ الْإِنْسَانُ لِيَفْجُرَ أَمَامَهُ {٥} 5. Lakin insan (bundan sonra da) önündəkini (qiyaməti) danmaq (pis işlər görmək) istəyər.
يَسْأَلُ أَيَّانَ يَوْمُ الْقِيَامَةِ {٦} 6. Və (istehza ilə): "Qiyamət günü nə vaxt olacaqdır?" - deyə soruşar.
فَإِذَا بَرِقَ الْبَصَرُ {٧} 7. Göz (heyrətdən) bərələcəyi;
وَخَسَفَ الْقَمَرُ {٨} 8. Ay tutulacağı;
وَجُمِعَ الشَّمْسُ وَالْقَمَرُ {٩} 9. Günəşlə ay birləşəcəyi (hər ikisinin qərbdən çıxacağı, nurunun gedəcəyi) zaman -
يَقُولُ الْإِنْسَانُ يَوْمَئِذٍ أَيْنَ الْمَفَرُّ {١٠} 10. Məhz o gün insan: "Qaçıb can qurtarmağa yer haradadır?" - deyəcəkdir.
كَلَّا لَا وَزَرَ {١١} 11. Xeyr, (o gün) heç bir sığınacaq olmayacaqdır!
إِلَىٰ رَبِّكَ يَوْمَئِذٍ الْمُسْتَقَرُّ {١٢} 12. O gün (ey insan!) duracaq (pənah aparılacaq) yer ancaq Rəbbinin hüzurudur!
يُنَبَّأُ الْإِنْسَانُ يَوْمَئِذٍ بِمَا قَدَّمَ وَأَخَّرَ {١٣} 13. O gün insana öncə etdiyi və sonraya qoyduğu nə varsa (sağlığında dünyada gördüyü işlər və öləndən sonra qoyub getdiyi yaxşı, pis nə varsa, hamısı) xəbər veriləcəkdir!
بَلِ الْإِنْسَانُ عَلَىٰ نَفْسِهِ بَصِيرَةٌ {١٤} 14. Doğrusu, insan özü-özünə şahiddir!
وَلَوْ أَلْقَىٰ مَعَاذِيرَهُ {١٥} 15. O, hər cür üzrxahlıq etsə də, (qəbul olunmaz)!
لَا تُحَرِّكْ بِهِ لِسَانَكَ لِتَعْجَلَ بِهِ {١٦} 16. (Ya Peyğəmbər! Cəbrail sənə Qur´an oxuduğu zaman) onu tələm-tələsik əzbərləmək üçün dilini tərpətmə! (Sən də onunla birlikdə Qur´anı təkrar etmə, yalnız dinlə!)
إِنَّ عَلَيْنَا جَمْعَهُ وَقُرْآنَهُ {١٧} 17. Çünki onu (sənin qəlbində) cəm etmək, (dilində) oxutmaq Bizə aiddir.
فَإِذَا قَرَأْنَاهُ فَاتَّبِعْ قُرْآنَهُ {١٨} 18. Biz onu (Cəbrailin dili ilə) oxutduğumuz zaman oxunmasını diqqətlə dinlə.
ثُمَّ إِنَّ عَلَيْنَا بَيَانَهُ {١٩} 19. Sonra onu (sənə) bəyan etmək də Bizə aiddir!
كَلَّا بَلْ تُحِبُّونَ الْعَاجِلَةَ {٢٠} 20. Xeyr, xeyr! Siz tez keçib gedəni (fani dünyanı) sevirsiniz.
وَتَذَرُونَ الْآخِرَةَ {٢١} 21. Axirəti isə tərk edirsiniz.
وُجُوهٌ يَوْمَئِذٍ نَاضِرَةٌ {٢٢} 22. O gün neçə-neçə üzlər sevinib güləcək,
إِلَىٰ رَبِّهَا نَاظِرَةٌ {٢٣} 23. Öz Rəbbinə baxacaqdır!
وَوُجُوهٌ يَوْمَئِذٍ بَاسِرَةٌ {٢٤} 24. O gün neçə-neçə üzlər tutulub qaralacaq,
تَظُنُّ أَنْ يُفْعَلَ بِهَا فَاقِرَةٌ {٢٥} 25. (Sahiblərinin) bel sümüklərinin (dəhşətli bir əzabla) qırılacağını anlayacaqdır!
كَلَّا إِذَا بَلَغَتِ التَّرَاقِيَ {٢٦} 26. Xeyr, (can) boğaza (körpücük sümüklərinə) gəlib yetişəcəyi,
وَقِيلَ مَنْ ۜ رَاقٍ {٢٧} 27. "(Onu bu bəladan) kim xilas edə bilər?" - deyiləcəyi,
وَظَنَّ أَنَّهُ الْفِرَاقُ {٢٨} 28. (Can üstə olan kimsə) ayrılıq dəminin gəlib çatdığını anlayacağı,
وَالْتَفَّتِ السَّاقُ بِالسَّاقِ {٢٩} 29. Və (ölüm qorxusundan) qıçı-qıçına dolaşacağı zaman,
إِلَىٰ رَبِّكَ يَوْمَئِذٍ الْمَسَاقُ {٣٠} 30. Aparılacağı yer Rəbbinin hüzuru olacaqdır (ey insan)!
فَلَا صَدَّقَ وَلَا صَلَّىٰ {٣١} 31. Beləliklə, o (kafir Əbu Cəhl) nə (Qur´anı) təsdiq etdi, nə də namaz qıldı.
وَلَٰكِنْ كَذَّبَ وَتَوَلَّىٰ {٣٢} 32. Amma (Allah kəlamını) yalan saydı, (ondan) üz döndərdi.
ثُمَّ ذَهَبَ إِلَىٰ أَهْلِهِ يَتَمَطَّىٰ {٣٣} 33. Sonra da özünü darta-darta ailəsinin yanına getdi.
أَوْلَىٰ لَكَ فَأَوْلَىٰ {٣٤} 34. Vay sənin halına, vay!
ثُمَّ أَوْلَىٰ لَكَ فَأَوْلَىٰ {٣٥} 35. Yenə də vay sənin halına, vay!
أَيَحْسَبُ الْإِنْسَانُ أَنْ يُتْرَكَ سُدًى {٣٦} 36. Məgər insan elə güman edir ki, o, başlı-başına (cəzasız) buraxılacaq?!
أَلَمْ يَكُ نُطْفَةً مِنْ مَنِيٍّ يُمْنَىٰ {٣٧} 37. Məgər o tökülən bir qətrə nütfə deyildimi?!
ثُمَّ كَانَ عَلَقَةً فَخَلَقَ فَسَوَّىٰ {٣٨} 38. Sonra laxtalanmış qan oldu və (Allah) onu yaradıb surət verdi (insan şəklinə saldı).
فَجَعَلَ مِنْهُ الزَّوْجَيْنِ الذَّكَرَ وَالْأُنْثَىٰ {٣٩} 39. Sonra da ondan biri kişi, biri qadın olmaqla iki cift (həmtay) yaratdı.
أَلَيْسَ ذَٰلِكَ بِقَادِرٍ عَلَىٰ أَنْ يُحْيِيَ الْمَوْتَىٰ {٤٠} 40. Elə isə O Allah ölüləri diriltməyə qadir deyildirmi?!
Al-Qur'an Today @2006