سورةالقيامة {٧٥} 75. AL-QIAAMAH
لَا أُقْسِمُ بِيَوْمِ الْقِيَامَةِ {١} 1. And içirəm Qiyamət gününə!
وَلَا أُقْسِمُ بِالنَّفْسِ اللَّوَّامَةِ {٢} 2. And içirəm peşmançılıq çəkən nəfsə!
أَيَحْسَبُ الْإِنْسَانُ أَلَّنْ نَجْمَعَ عِظَامَهُ {٣} 3. İnsan elə düşünür ki, Biz onun sümüklərini yığa bilməyəcəyik.
بَلَىٰ قَادِرِينَ عَلَىٰ أَنْ نُسَوِّيَ بَنَانَهُ {٤} 4. Mütləq yığacağıq! Biz onun barmaq uclarını bərpa etməyə qadirik.
بَلْ يُرِيدُ الْإِنْسَانُ لِيَفْجُرَ أَمَامَهُ {٥} 5. Lakin insan bundan sonra da günah etmək fikrindədir.
يَسْأَلُ أَيَّانَ يَوْمُ الْقِيَامَةِ {٦} 6. O: “Qiyamət günü nə vaxt olacaq!” – deyə rişxəndlə soruşur.
فَإِذَا بَرِقَ الْبَصَرُ {٧} 7. Gözlər bərələ qalacağı,
وَخَسَفَ الْقَمَرُ {٨} 8. ay tutulacağı
وَجُمِعَ الشَّمْسُ وَالْقَمَرُ {٩} 9. və günəşlə ayın qovuşacağı zaman –
يَقُولُ الْإِنْسَانُ يَوْمَئِذٍ أَيْنَ الْمَفَرُّ {١٠} 10. o gün insan deyəcəkdir: “Hara qaçaq?”
كَلَّا لَا وَزَرَ {١١} 11. Xeyr, o gün pənah aparılacaq yer tapılmayacaq.
إِلَىٰ رَبِّكَ يَوْمَئِذٍ الْمُسْتَقَرُّ {١٢} 12. O gün qayıdış ancaq sənin Rəbbinə olacaqdır.
يُنَبَّأُ الْإِنْسَانُ يَوْمَئِذٍ بِمَا قَدَّمَ وَأَخَّرَ {١٣} 13. O gün insana əvvəllər etdiyi və sonraya saxladığı əməlləri barədə xəbər veriləcəkdir.
بَلِ الْإِنْسَانُ عَلَىٰ نَفْسِهِ بَصِيرَةٌ {١٤} 14. Əslində, insan öz əleyhinə şahidlik edəcəkdir;
وَلَوْ أَلْقَىٰ مَعَاذِيرَهُ {١٥} 15. üzrlü olub-olmadığı bütün halları ortaya qoysa da.
لَا تُحَرِّكْ بِهِ لِسَانَكَ لِتَعْجَلَ بِهِ {١٦} 16. Cəbrail sənə Quranı nazil etdikdə onu tələm-tələsik yadda saxlamaq üçün dilini tərpətmə!
إِنَّ عَلَيْنَا جَمْعَهُ وَقُرْآنَهُ {١٧} 17. Şübhəsiz ki, sənin qəlbində onun qərar tutması və dilinlə onun oxunması Bizə aiddir.
فَإِذَا قَرَأْنَاهُ فَاتَّبِعْ قُرْآنَهُ {١٨} 18. Biz onu oxuduğumuz zaman sən onun oxunuşunu izlə.
ثُمَّ إِنَّ عَلَيْنَا بَيَانَهُ {١٩} 19. Sonra, sözsüz ki, onu izah etmək də Bizə aiddir.
كَلَّا بَلْ تُحِبُّونَ الْعَاجِلَةَ {٢٠} 20. Xeyr! Əksinə, siz tez ötüb keçən fani dünyanı sevir,
وَتَذَرُونَ الْآخِرَةَ {٢١} 21. Axirətdən isə uzaqlaşırsınız.
وُجُوهٌ يَوْمَئِذٍ نَاضِرَةٌ {٢٢} 22. O gün neçə-neçə üzlər nurlanacaq
إِلَىٰ رَبِّهَا نَاظِرَةٌ {٢٣} 23. və öz Rəbbinə baxacaqdır.
وَوُجُوهٌ يَوْمَئِذٍ بَاسِرَةٌ {٢٤} 24. O gün neçə-neçə üzlər də tutulub qaralacaq,
تَظُنُّ أَنْ يُفْعَلَ بِهَا فَاقِرَةٌ {٢٥} 25. və yəqin edəcək ki, onlara müsibət artıq üz vermişdir.
كَلَّا إِذَا بَلَغَتِ التَّرَاقِيَ {٢٦} 26. Xeyr, o ruh körpücük sümüklərinə yetişəcəyi zaman;
وَقِيلَ مَنْ ۜ رَاقٍ {٢٧} 27. “Ovsunu kim oxuyacaq?” – deyiləcəkdir.
وَظَنَّ أَنَّهُ الْفِرَاقُ {٢٨} 28. Can verən adam dünya həyatından ayrıldığını yəqin edəcəyi,
وَالْتَفَّتِ السَّاقُ بِالسَّاقِ {٢٩} 29. və ayaq ayağa dolaşacağı zaman –
إِلَىٰ رَبِّكَ يَوْمَئِذٍ الْمَسَاقُ {٣٠} 30. o gün hər kəs Rəbbinin hüzuruna gətiriləcəkdir.
فَلَا صَدَّقَ وَلَا صَلَّىٰ {٣١} 31. O kafir nə Quranı təsdiq etdi, nə də namaz qıldı.
وَلَٰكِنْ كَذَّبَ وَتَوَلَّىٰ {٣٢} 32. Haqqı da yalan saydı və üz döndərdi.
ثُمَّ ذَهَبَ إِلَىٰ أَهْلِهِ يَتَمَطَّىٰ {٣٣} 33. Sonra da lovğa-lovğa öz ailəsinin yanına getdi.
أَوْلَىٰ لَكَ فَأَوْلَىٰ {٣٤} 34. Vay sənin halına, vay!
ثُمَّ أَوْلَىٰ لَكَ فَأَوْلَىٰ {٣٥} 35. Yenə də vay sənin halına, vay!
أَيَحْسَبُ الْإِنْسَانُ أَنْ يُتْرَكَ سُدًى {٣٦} 36. Bəlkə insan özbaşına qoyulacağını güman edir?
أَلَمْ يَكُ نُطْفَةً مِنْ مَنِيٍّ يُمْنَىٰ {٣٧} 37. Məgər o, kişi toxumundan axıdılan bir damla nütfə deyildimi?
ثُمَّ كَانَ عَلَقَةً فَخَلَقَ فَسَوَّىٰ {٣٨} 38. Sonra laxtalanmış qan oldu. Allah onu yaradıb kamil bir görkəmə saldı.
فَجَعَلَ مِنْهُ الزَّوْجَيْنِ الذَّكَرَ وَالْأُنْثَىٰ {٣٩} 39. Ondan da bir cüt kişi və qadın yaratdı.
أَلَيْسَ ذَٰلِكَ بِقَادِرٍ عَلَىٰ أَنْ يُحْيِيَ الْمَوْتَىٰ {٤٠} 40. Məgər O, ölüləri diriltməyə qadir deyil?
Al-Qur'an Today @2006