سورةالمعارج {٧٠} 70. AL-MA´AARIJ
سَأَلَ سَائِلٌ بِعَذَابٍ وَاقِعٍ {١} 1. (Kafirlərdən) biri vaqe olacaq əzab (qiyamət əzabının nə vaxt və kimə üz verəcəyi) barədə soruşdu.
لِلْكَافِرِينَ لَيْسَ لَهُ دَافِعٌ {٢} 2. (O əzabı) kafirlərdən dəf edə biləcək bir kimsə yoxdur!
مِنَ اللَّهِ ذِي الْمَعَارِجِ {٣} 3. (O əzab yüksək) dərəcələr sahibi olan Allahdandır!
تَعْرُجُ الْمَلَائِكَةُ وَالرُّوحُ إِلَيْهِ فِي يَوْمٍ كَانَ مِقْدَارُهُ خَمْسِينَ أَلْفَ سَنَةٍ {٤} 4. Mələklər və ruh (Cəbrail) Onun dərgahına (dünya ilə müqayisədə) müddəti əlli min il olan bir gündə qalxarlar.
فَاصْبِرْ صَبْرًا جَمِيلًا {٥} 5. (Ya Peyğəmbər! Kafirlərin əziyyətlərinə) mətanətlə (heç bir təlaş, narahatlıq keçirmədən) səbr et!
إِنَّهُمْ يَرَوْنَهُ بَعِيدًا {٦} 6. Şübhəsiz ki, onlar (müşriklər) onu (o əzabı) uzaq görürlər (ona inanmırlar).
وَنَرَاهُ قَرِيبًا {٧} 7. Biz isə onu yaxın görürük (ona inanırıq).
يَوْمَ تَكُونُ السَّمَاءُ كَالْمُهْلِ {٨} 8. O gün göy göyərmiş mis kimi olacaq;
وَتَكُونُ الْجِبَالُ كَالْعِهْنِ {٩} 9. Dağlar da didilmiş (rəngbərəng) yun kimi olacaqdır.
وَلَا يَسْأَلُ حَمِيمٌ حَمِيمًا {١٠} 10. Və dost dostu arayıb axtarmayacaqdır (hərə öz hayına qalacaqdır).
يُبَصَّرُونَهُمْ ۚ يَوَدُّ الْمُجْرِمُ لَوْ يَفْتَدِي مِنْ عَذَابِ يَوْمِئِذٍ بِبَنِيهِ {١١} 11. Onlar bir-birinə göstəriləcəklər (lakin bir-birini tanısalar da, özlərini tanımamazlığa vurub bir-birindən qaçacaqlar). O günün əzabından qurtarmaq üçün günahkar istərdi ki, fəda etsin (fidyə versin) öz oğullarını;
وَصَاحِبَتِهِ وَأَخِيهِ {١٢} 12. Övrətini və qardaşını;
وَفَصِيلَتِهِ الَّتِي تُؤْوِيهِ {١٣} 13. (Çətin günlərdə) ona sığınacaq verən əşirətini (qohum-əqrabasını);
وَمَنْ فِي الْأَرْضِ جَمِيعًا ثُمَّ يُنْجِيهِ {١٤} 14. Və yer üzündə olanların hamısını - təki özünü (Allahın əzabından) qurtarsın!
كَلَّا ۖ إِنَّهَا لَظَىٰ {١٥} 15. Xeyr (bu mümkün deyildir). Həqiqətən, o (Cəhənnəm) alovlu atəşdir.
نَزَّاعَةً لِلشَّوَىٰ {١٦} 16. (Elə bir atəş ki) başın dərisini sıyırıb çıxardır (dərini sümükdən ayırır).
تَدْعُو مَنْ أَدْبَرَ وَتَوَلَّىٰ {١٧} 17. Çağırır (o Cəhənnəm itaətdən) çıxanı, (imandan) üz döndərəni
وَجَمَعَ فَأَوْعَىٰ {١٨} 18. Və (mal-dövlət) yığıb saxlayanı! (Allahın payını verməyəni; acizə, yoxsula əl tutmayanı!)
إِنَّ الْإِنْسَانَ خُلِقَ هَلُوعًا {١٩} 19. Həqiqətən, insan (sərvətə) çox həris (tamahkar və kəmhövsələ) yaradılmışdır!
إِذَا مَسَّهُ الشَّرُّ جَزُوعًا {٢٠} 20. Ona bir pislik üz verdikdə fəryad qoparar.
وَإِذَا مَسَّهُ الْخَيْرُ مَنُوعًا {٢١} 21. Ona bir xeyir nəsib olduqda isə xəsis olar.
إِلَّا الْمُصَلِّينَ {٢٢} 22. Namaz qılanlar istisnadır!
الَّذِينَ هُمْ عَلَىٰ صَلَاتِهِمْ دَائِمُونَ {٢٣} 23. O kəslər ki, daim namaz qılarlar;
وَالَّذِينَ فِي أَمْوَالِهِمْ حَقٌّ مَعْلُومٌ {٢٤} 24. O kəslər ki, onların mallarında müəyyən bir haqq (pay) vardır -
لِلسَّائِلِ وَالْمَحْرُومِ {٢٥} 25. Dilənən və (hər şeydən) məhrum olan (lakin abrına qısılıb dilənməyən) kimsə üçün;
وَالَّذِينَ يُصَدِّقُونَ بِيَوْمِ الدِّينِ {٢٦} 26. O kəslər ki, haqq-hesab gününü təsdiq edərlər;
وَالَّذِينَ هُمْ مِنْ عَذَابِ رَبِّهِمْ مُشْفِقُونَ {٢٧} 27. O kəslər ki, Rəbbinin əzabından qorxub tir-tir əsərlər;
إِنَّ عَذَابَ رَبِّهِمْ غَيْرُ مَأْمُونٍ {٢٨} 28. Çünki onların Rəbbinin əzabından (bu əzabın kiməsə toxunub-toxunmayacağından) arxayın olmaq olmaz;
وَالَّذِينَ هُمْ لِفُرُوجِهِمْ حَافِظُونَ {٢٩} 29. O kəslər ki, ayıb yerlərini qoruyub saxlayarlar (zina etməzlər);
إِلَّا عَلَىٰ أَزْوَاجِهِمْ أَوْ مَا مَلَكَتْ أَيْمَانُهُمْ فَإِنَّهُمْ غَيْرُ مَلُومِينَ {٣٠} 30. Övrətləri və cariyələri istisna olmaqla. (Onlarla yaxınlıq etməyə görə) əsla qınanmazlar;
فَمَنِ ابْتَغَىٰ وَرَاءَ ذَٰلِكَ فَأُولَٰئِكَ هُمُ الْعَادُونَ {٣١} 31. Bundan artığını istəyənlər isə həddi aşanlardır;
وَالَّذِينَ هُمْ لِأَمَانَاتِهِمْ وَعَهْدِهِمْ رَاعُونَ {٣٢} 32. O kəslər ki, əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər;
وَالَّذِينَ هُمْ بِشَهَادَاتِهِمْ قَائِمُونَ {٣٣} 33. O kəslər ki, düzgün şəhadət verərlər
وَالَّذِينَ هُمْ عَلَىٰ صَلَاتِهِمْ يُحَافِظُونَ {٣٤} 34. Və o kəslər ki, namazlarını (layiqincə) hifz edərlər-
أُولَٰئِكَ فِي جَنَّاتٍ مُكْرَمُونَ {٣٥} 35. Məhz onlar cənnətlərdə ehtiram olunacaq (əzizlənəcək) kimsələrdir!
فَمَالِ الَّذِينَ كَفَرُوا قِبَلَكَ مُهْطِعِينَ {٣٦} 36. (Ya Peyğəmbər!) Kafirlərə nə olub ki, (boyunlarını qabağa uzadıb) sənə tərəf tələsirlər?
عَنِ الْيَمِينِ وَعَنِ الشِّمَالِ عِزِينَ {٣٧} 37. Sağdan və soldan dəstə-dəstə gəlirlər?
أَيَطْمَعُ كُلُّ امْرِئٍ مِنْهُمْ أَنْ يُدْخَلَ جَنَّةَ نَعِيمٍ {٣٨} 38. Məgər onların hər biri Nəim cənnətlərinəmi daxil olacağına ümid edir?
كَلَّا ۖ إِنَّا خَلَقْنَاهُمْ مِمَّا يَعْلَمُونَ {٣٩} 39. Xeyr! (Bu ola bilməz). Biz onları özlərinin bildiyi şeydən yaratdıq! (İnsan bir qətrə natəmiz nütfədən xəlq edilmişdir. İnsanın e´tiqadı, imanı olmasa, bu vecsiz maddənin nə dəyərini, nə də qiyməti ola bilər?! Bu və ya digər şəxsin Cənnətə daxil olması üçün başlıca şərt onun Allaha iman gətirib Ona səmimi-qəlbdən itaət etməsidir. Nicat yolu yalnız budur!)
فَلَا أُقْسِمُ بِرَبِّ الْمَشَارِقِ وَالْمَغَارِبِ إِنَّا لَقَادِرُونَ {٤٠} 40. Məşriqlərin və məğriblərin Rəbbinə and olsun ki, Biz, həqiqətən, qadirik.
عَلَىٰ أَنْ نُبَدِّلَ خَيْرًا مِنْهُمْ وَمَا نَحْنُ بِمَسْبُوقِينَ {٤١} 41. Onları özlərindən daha yaxşısı ilə əvəz etməyə (onları məhv edib yerlərinə Allaha müt´i olan başqa bir məxluq gətirməyə). Və (bu işdə) heç kəs Bizim qarşımıza keçə bilməz! (Bizə mane ola bilməz!)
فَذَرْهُمْ يَخُوضُوا وَيَلْعَبُوا حَتَّىٰ يُلَاقُوا يَوْمَهُمُ الَّذِي يُوعَدُونَ {٤٢} 42. Elə isə (ya Peyğəmbər!) qoy onlar və´d olunduqları günə qovuşanadək (batil əməllərinə) dalsınlar və oynayıb-əylənsinlər!
يَوْمَ يَخْرُجُونَ مِنَ الْأَجْدَاثِ سِرَاعًا كَأَنَّهُمْ إِلَىٰ نُصُبٍ يُوفِضُونَ {٤٣} 43. O gün onlar (dünyada ibadət etdikləri) bütlərin yanına tələsirmişlər kimi qəbirlərdən tez-tələsik çıxacaqlar.
خَاشِعَةً أَبْصَارُهُمْ تَرْهَقُهُمْ ذِلَّةٌ ۚ ذَٰلِكَ الْيَوْمُ الَّذِي كَانُوا يُوعَدُونَ {٤٤} 44. Onların gözləri zəlilcəsinə yerə dikiləcək, özlərini də zillət bürüyəcəkdir. Bu onlara və´d olunmuş həmin qiyamət günüdür!
Al-Qur'an Today @2006