سورةالقلم {٦٨} 68. AL-QALAM
ن ۚ وَالْقَلَمِ وَمَا يَسْطُرُونَ {١} 1. Nun. And olsun qələmə və qələmə alınanlara!
مَا أَنْتَ بِنِعْمَةِ رَبِّكَ بِمَجْنُونٍ {٢} 2. Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
وَإِنَّ لَكَ لَأَجْرًا غَيْرَ مَمْنُونٍ {٣} 3. Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
وَإِنَّكَ لَعَلَىٰ خُلُقٍ عَظِيمٍ {٤} 4. Həqiqətən də, sən böyük əxlaq sahibisən!
فَسَتُبْصِرُ وَيُبْصِرُونَ {٥} 5. Sən də görəcəksən, onlar da –
بِأَيْيِكُمُ الْمَفْتُونُ {٦} 6. hansınızın dəli olduğunu.
إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَنْ ضَلَّ عَنْ سَبِيلِهِ وَهُوَ أَعْلَمُ بِالْمُهْتَدِينَ {٧} 7. Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
فَلَا تُطِعِ الْمُكَذِّبِينَ {٨} 8. Elə isə haqqı yalan sayanlara güzəştə getmə.
وَدُّوا لَوْ تُدْهِنُ فَيُدْهِنُونَ {٩} 9. Müşriklər istəyirlər ki, sən onlara güzəşt edəsən, onlar da sənə güzəşt etsinlər.
وَلَا تُطِعْ كُلَّ حَلَّافٍ مَهِينٍ {١٠} 10. İtaət etmə hər tez-tez and içənə, alçağa,
هَمَّازٍ مَشَّاءٍ بِنَمِيمٍ {١١} 11. qeybət edənə, dedi-qodu yayana,
مَنَّاعٍ لِلْخَيْرِ مُعْتَدٍ أَثِيمٍ {١٢} 12. xeyrə mane olana, həddi aşana, günahkara,
عُتُلٍّ بَعْدَ ذَٰلِكَ زَنِيمٍ {١٣} 13. daş ürəkliyə, bunlardan sonra da başqasının adını mənimsəyən fırıldaqçıya –
أَنْ كَانَ ذَا مَالٍ وَبَنِينَ {١٤} 14. o adam var-dövlət və oğul-uşaq sahibi olsa belə.
إِذَا تُتْلَىٰ عَلَيْهِ آيَاتُنَا قَالَ أَسَاطِيرُ الْأَوَّلِينَ {١٥} 15. Ayələrimiz ona oxunduğu zaman: “Bu, keçmişdəkilərin əsatirlərindəndir!” – deyər.
سَنَسِمُهُ عَلَى الْخُرْطُومِ {١٦} 16. Biz onun burnuna damğa vuracağıq.
إِنَّا بَلَوْنَاهُمْ كَمَا بَلَوْنَا أَصْحَابَ الْجَنَّةِ إِذْ أَقْسَمُوا لَيَصْرِمُنَّهَا مُصْبِحِينَ {١٧} 17. Həqiqətən, Biz bağ sahiblərini sınağa çəkdiyimiz kimi onları da sınağa çəkdik. O zaman bağ sahibləri səhər açılanda bağda olan meyvələri mütləq dərəcəklərinə and içmişdilər
وَلَا يَسْتَثْنُونَ {١٨} 18. və heç bir istisna da etməmişdilər (“inşallah” deməmişdilər).
فَطَافَ عَلَيْهَا طَائِفٌ مِنْ رَبِّكَ وَهُمْ نَائِمُونَ {١٩} 19. Onlar yuxuda ikən Rəbbinin əzabı o bağı bürüdü.
فَأَصْبَحَتْ كَالصَّرِيمِ {٢٠} 20. Bağ yanıb zülmət gecə kimi qapqara oldu.
فَتَنَادَوْا مُصْبِحِينَ {٢١} 21. Onlar səhər qalxdıqda bir-birlərini çağırdılar:
أَنِ اغْدُوا عَلَىٰ حَرْثِكُمْ إِنْ كُنْتُمْ صَارِمِينَ {٢٢} 22. “Əgər meyvə dərəcəksinizsə, bağınıza erkən gedin!”
فَانْطَلَقُوا وَهُمْ يَتَخَافَتُونَ {٢٣} 23. Onlar bağa yollandılar, yol boyu da bir-birlərinə belə pıçıldayırdılar:
أَنْ لَا يَدْخُلَنَّهَا الْيَوْمَ عَلَيْكُمْ مِسْكِينٌ {٢٤} 24. “Bu gün oraya – yanınıza heç bir kasıb girməsin!”
وَغَدَوْا عَلَىٰ حَرْدٍ قَادِرِينَ {٢٥} 25. Onlar bu məqsədlə kasıbları bağa buraxmamağa qadir olacaqlarını zənn edib erkən getdilər.
فَلَمَّا رَأَوْهَا قَالُوا إِنَّا لَضَالُّونَ {٢٦} 26. Bağı görəndə isə belə dedilər: “Deyəsən, biz düz gəlməmişik!
بَلْ نَحْنُ مَحْرُومُونَ {٢٧} 27. Xeyr! Biz bu bağın xeyrindən məhrum olmuşuq!”
قَالَ أَوْسَطُهُمْ أَلَمْ أَقُلْ لَكُمْ لَوْلَا تُسَبِّحُونَ {٢٨} 28. Onların ən insaflısı dedi: “Məgər mən sizə Allahın şəninə təriflər söyləyin deməmişdimmi?”
قَالُوا سُبْحَانَ رَبِّنَا إِنَّا كُنَّا ظَالِمِينَ {٢٩} 29. Onlar dedilər: “Rəbbimiz pakdır, müqəddəsdir! Həqiqətən də, biz özümüzə zülm etmişik!”
فَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ يَتَلَاوَمُونَ {٣٠} 30. Onlar dönüb bir-birlərini qınamağa başladılar
قَالُوا يَا وَيْلَنَا إِنَّا كُنَّا طَاغِينَ {٣١} 31. və dedilər: “Vay halımıza! Biz həddi aşanlarıq!
عَسَىٰ رَبُّنَا أَنْ يُبْدِلَنَا خَيْرًا مِنْهَا إِنَّا إِلَىٰ رَبِّنَا رَاغِبُونَ {٣٢} 32. Ola bilsin ki, Rəbbimiz bizə bu bağın əvəzinə ondan daha yaxşısını versin. Əlbəttə, biz Rəbbimizə yönəlirik”.
كَذَٰلِكَ الْعَذَابُ ۖ وَلَعَذَابُ الْآخِرَةِ أَكْبَرُ ۚ لَوْ كَانُوا يَعْلَمُونَ {٣٣} 33. Dünyadakı əzab belədir. Axirət əzabı isə daha böyükdür! Kaş biləydilər!
إِنَّ لِلْمُتَّقِينَ عِنْدَ رَبِّهِمْ جَنَّاتِ النَّعِيمِ {٣٤} 34. Şübhəsiz ki, müttəqilər üçün Rəbbin dərgahında Nəim bağları hazırlanmışdır.
أَفَنَجْعَلُ الْمُسْلِمِينَ كَالْمُجْرِمِينَ {٣٥} 35. Biz heç müsəlmanları günahkarlara tay tutarıqmı?
مَا لَكُمْ كَيْفَ تَحْكُمُونَ {٣٦} 36. Sizə nə olub, necə hökm verirsiniz?
أَمْ لَكُمْ كِتَابٌ فِيهِ تَدْرُسُونَ {٣٧} 37. Yoxsa sizin elə bir kitabınız vardır ki, üsyankarla itaətkarın eyni olduğunu ondan oxuyursunuz?
إِنَّ لَكُمْ فِيهِ لَمَا تَخَيَّرُونَ {٣٨} 38. Ya da onda bəyəndiyiniz hər bir şeyin sizin olacağı yazılmışdır?
أَمْ لَكُمْ أَيْمَانٌ عَلَيْنَا بَالِغَةٌ إِلَىٰ يَوْمِ الْقِيَامَةِ ۙ إِنَّ لَكُمْ لَمَا تَحْكُمُونَ {٣٩} 39. Yaxud Bizimlə Qiyamət gününədək əhd bağlamısınız ki, istədiyiniz hər şey sizin olacaqdır?
سَلْهُمْ أَيُّهُمْ بِذَٰلِكَ زَعِيمٌ {٤٠} 40. Onlardan soruş ki, kim buna zamin duracaqdır?
أَمْ لَهُمْ شُرَكَاءُ فَلْيَأْتُوا بِشُرَكَائِهِمْ إِنْ كَانُوا صَادِقِينَ {٤١} 41. Yoxsa onların şərikləri vardır? Əgər doğru danışırlarsa, onda qoy şəriklərini gətirsinlər.
يَوْمَ يُكْشَفُ عَنْ سَاقٍ وَيُدْعَوْنَ إِلَى السُّجُودِ فَلَا يَسْتَطِيعُونَ {٤٢} 42. Ayağın açılacağı və onlar səcdəyə çağırılacaqları, lakin buna qadir ola bilməyəcəkləri gün –
خَاشِعَةً أَبْصَارُهُمْ تَرْهَقُهُمْ ذِلَّةٌ ۖ وَقَدْ كَانُوا يُدْعَوْنَ إِلَى السُّجُودِ وَهُمْ سَالِمُونَ {٤٣} 43. onların baxışları yazıq görkəm alacaq, özlərini də zillət bürüyəcəkdir. Hərçənd ki, onlar dünyada ikən sağ-salamat halda səcdə qılmağa dəvət olunurdular.
فَذَرْنِي وَمَنْ يُكَذِّبُ بِهَٰذَا الْحَدِيثِ ۖ سَنَسْتَدْرِجُهُمْ مِنْ حَيْثُ لَا يَعْلَمُونَ {٤٤} 44. Bu Sözü yalan sayanları Mənim öhdəmə burax. Biz onları tovlayıb bilmədikləri bir yöndən tədricən əzaba sürükləyirik.
وَأُمْلِي لَهُمْ ۚ إِنَّ كَيْدِي مَتِينٌ {٤٥} 45. Hələlik Mən onlara möhlət verirəm. Şübhəsiz ki, Mənim kafirlər üçün qurduğum hiyləm çox güclüdür.
أَمْ تَسْأَلُهُمْ أَجْرًا فَهُمْ مِنْ مَغْرَمٍ مُثْقَلُونَ {٤٦} 46. Yoxsa sən onlardan bir muzd istəyirsən və onlar da ağır bir borca düşüblər?
أَمْ عِنْدَهُمُ الْغَيْبُ فَهُمْ يَكْتُبُونَ {٤٧} 47. Yoxsa qeyb onların əlindədir və onlar da ona baxıb istədiklərini yazırlar?
فَاصْبِرْ لِحُكْمِ رَبِّكَ وَلَا تَكُنْ كَصَاحِبِ الْحُوتِ إِذْ نَادَىٰ وَهُوَ مَكْظُومٌ {٤٨} 48. Sən öz Rəbbinin hökmünə səbir et və balıq sahibi Yunus kimi olma! O zaman o, qəm-qüssə içində Rəbbinə dua etmişdi.
لَوْلَا أَنْ تَدَارَكَهُ نِعْمَةٌ مِنْ رَبِّهِ لَنُبِذَ بِالْعَرَاءِ وَهُوَ مَذْمُومٌ {٤٩} 49. Əgər Rəbbinin mərhəməti ona yetişməsəydi, o, qınanmış halda heç bir bitki bitməyən boş yerə atılacaqdı.
فَاجْتَبَاهُ رَبُّهُ فَجَعَلَهُ مِنَ الصَّالِحِينَ {٥٠} 50. Lakin Rəbbi onu seçib əməlisalehlərdən etdi.
وَإِنْ يَكَادُ الَّذِينَ كَفَرُوا لَيُزْلِقُونَكَ بِأَبْصَارِهِمْ لَمَّا سَمِعُوا الذِّكْرَ وَيَقُولُونَ إِنَّهُ لَمَجْنُونٌ {٥١} 51. Həqiqətən, kafirlər Zikri (Quranı) eşitdikləri zaman öz baxışları ilə az qala səni gözə gətirələr. Onlar çarəsizlikdən: “O, dəlidir!” – deyirlər.
وَمَا هُوَ إِلَّا ذِكْرٌ لِلْعَالَمِينَ {٥٢} 52. Halbuki bu Quran aləmlər üçün öyüd-nəsihətdən başqa bir şey deyildir.
Al-Qur'an Today @2006