 |
| إِذَا وَقَعَتِ الْوَاقِعَةُ {١} |
1. Qiyamət vaqe olacağı (qopacağı) vaxt |
| لَيْسَ لِوَقْعَتِهَا كَاذِبَةٌ {٢} |
2. Onun vaqe olmasını heç kəs təkzib edə (dana) bilməz! |
| خَافِضَةٌ رَافِعَةٌ {٣} |
3. O (kimini) alçaldacaq, (kimini də) ucaldacaqdır. |
| إِذَا رُجَّتِ الْأَرْضُ رَجًّا {٤} |
4. Yer hərəkətə gəlib şiddətlə titrədiyi, |
| وَبُسَّتِ الْجِبَالُ بَسًّا {٥} |
5. Dağlar parça-parça olub ovxalandığı |
| فَكَانَتْ هَبَاءً مُنْبَثًّا {٦} |
6. Və toz kimi səpələndiyi zaman |
| وَكُنْتُمْ أَزْوَاجًا ثَلَاثَةً {٧} |
7. Siz (ey insanlar!) üç zümrəyə ayrılacaqsınız: |
| فَأَصْحَابُ الْمَيْمَنَةِ مَا أَصْحَابُ الْمَيْمَنَةِ {٨} |
8. Sağ tərəf sahibləri (əməl dətərləri sağ əllərinə verilənlər). Kimdir o sağ tərəf sahibləri? (Nə uğurludur onlar!) |
| وَأَصْحَابُ الْمَشْأَمَةِ مَا أَصْحَابُ الْمَشْأَمَةِ {٩} |
9. Sol tərəf sahibləri (əməl dətərləri sol əllərinə verilənlər). Kimdir o sol tərəf sahibləri? (Nə uğursuzdur onlar!) |
| وَالسَّابِقُونَ السَّابِقُونَ {١٠} |
10. Və öndə olanlar. Onlar (dünyada Allah yolunda, imanda, əməldə, xeyirdə öndə olduqları kimi, axirətdə də) öndədirlər! (Nə xoşbəxtdir onlar!) |
| أُولَٰئِكَ الْمُقَرَّبُونَ {١١} |
11. Onlar (Allah dərgahına, Allahın lütfünə) yaxınlaşdırılmış kimsələrdir. |
| فِي جَنَّاتِ النَّعِيمِ {١٢} |
12. Onlar Nəim cənnətlərində olacaqlar. |
| ثُلَّةٌ مِنَ الْأَوَّلِينَ {١٣} |
13. (Öndə olanların) çoxu əvvəlkilərdən (keçmiş peyğəmbərlərin ümmətlərindən), |
| وَقَلِيلٌ مِنَ الْآخِرِينَ {١٤} |
14. Biz azı da axırıncılardandır (Muhəmməd əleyhissəlamın ümmətindəndir). |
| عَلَىٰ سُرُرٍ مَوْضُونَةٍ {١٥} |
15. (Onlar qızıl-gümüş, lə´l-cavahiratla) bəzənmiş taxtlar üstündə qərar tutacaq, |
| مُتَّكِئِينَ عَلَيْهَا مُتَقَابِلِينَ {١٦} |
16. Onlara (o taxtlara) söykənib bir-biri ilə qarşı-qarşıya əyləşəcəklər. |
| يَطُوفُ عَلَيْهِمْ وِلْدَانٌ مُخَلَّدُونَ {١٧} |
17. Onların dövrəsində həmişəcavan xidmətçi oğlanlar dolanacaqlar; |
| بِأَكْوَابٍ وَأَبَارِيقَ وَكَأْسٍ مِنْ مَعِينٍ {١٨} |
18. (Cənnət bulağından axan) məin (şərab) dolu piyalələr, kuzələr və qədəhlərlə. |
| لَا يُصَدَّعُونَ عَنْهَا وَلَا يُنْزِفُونَ {١٩} |
19. (Dünyadakı şərabdan fərqli olaraq) ondan başları ağrımaz və keflənməzlər. |
| وَفَاكِهَةٍ مِمَّا يَتَخَيَّرُونَ {٢٠} |
20. (O cavan xidmətçilər Cənnətdə olanların) bəyənib seçdikləri meyvələr |
| وَلَحْمِ طَيْرٍ مِمَّا يَشْتَهُونَ {٢١} |
21. Və istədikləri hər cür quş əti ilə (onların dövrəsində fırlanacaqlar). |
| وَحُورٌ عِينٌ {٢٢} |
22. (Onlar üçün orada) iri (ahu) gözlü, qəşəng hurilər də vardır. |
| كَأَمْثَالِ اللُّؤْلُؤِ الْمَكْنُونِ {٢٣} |
23. (O hurilər rəng və gözəllikcə) sanki sədəf içində gizlənmiş (qorunub-saxlanmış) incidirlər. |
| جَزَاءً بِمَا كَانُوا يَعْمَلُونَ {٢٤} |
24. Onlar (bu ne´mətlərə dünyada) etdikləri (yaxşı) əməllər müqabilində nail olacaqlar. |
| لَا يَسْمَعُونَ فِيهَا لَغْوًا وَلَا تَأْثِيمًا {٢٥} |
25. Onlar orada (Cənnətdə) nə boş söz, nə də günaha bais olan bir şey eşidəcəklər. |
| إِلَّا قِيلًا سَلَامًا سَلَامًا {٢٦} |
26. Eşitdikləri söz ancaq "salam" olacaqdır. |
| وَأَصْحَابُ الْيَمِينِ مَا أَصْحَابُ الْيَمِينِ {٢٧} |
27. Sağ tərəf sahibləri! (Əməl dəftərləri sağ əllərində olanlar!) Kimdir o sağ tərəf sahibləri? |
| فِي سِدْرٍ مَخْضُودٍ {٢٨} |
28. (Onlar) tikansız sidr ağacları, |
| وَطَلْحٍ مَنْضُودٍ {٢٩} |
29. Salxım-salxım sallanmış möüz (banan) ağacları altında; |
| وَظِلٍّ مَمْدُودٍ {٣٠} |
30. Çəkilməyən (daimi) kölgəliklərdə; |
| وَمَاءٍ مَسْكُوبٍ {٣١} |
31. Axar su kənarında; |
| وَفَاكِهَةٍ كَثِيرَةٍ {٣٢} |
32. Bol meyvələr - |
| لَا مَقْطُوعَةٍ وَلَا مَمْنُوعَةٍ {٣٣} |
33. Tükənməz və qadağan edilməyən (meyvələr) içində |
| وَفُرُشٍ مَرْفُوعَةٍ {٣٤} |
34. Və (bir-birinin üstünə yığılmış) hündür döşəklər üstündə (yaxud yüksək əxlaq və qeyri-adi gözəllik sahibi olan qadınlar yanında) olacaqlar! |
| إِنَّا أَنْشَأْنَاهُنَّ إِنْشَاءً {٣٥} |
35. Şübhəsiz ki, Biz onları (huriləri) başqa cür (yeni bir yaradılışla, doğulmadan) yaradacağıq! |
| فَجَعَلْنَاهُنَّ أَبْكَارًا {٣٦} |
36. Onları bakirə qızlar, |
| عُرُبًا أَتْرَابًا {٣٧} |
37. Ərlərini sevən, həmyaşıdlar edəcəyik. |
| لِأَصْحَابِ الْيَمِينِ {٣٨} |
38. Sağ tərəf sahibləri (əməl dəftəri sağ əllərinə verilənlər) üçündür onlar! |
| ثُلَّةٌ مِنَ الْأَوَّلِينَ {٣٩} |
39. (Onların) bir çoxu əvvəlkilərdən (keçmiş peyğəmbərlərin ümmətlərindən), |
| وَثُلَّةٌ مِنَ الْآخِرِينَ {٤٠} |
40. Bir çoxu da axırıncılardandır (bu ümmətdəndir). |
| وَأَصْحَابُ الشِّمَالِ مَا أَصْحَابُ الشِّمَالِ {٤١} |
41. Sol tərəf sahibləri! (Əməl dəftərləri sol əllərinə verilənlər!) Kimdir o sol tərəf sahibləri? |
| فِي سَمُومٍ وَحَمِيمٍ {٤٢} |
42. (Onlar) səmum yeli (qızmar atəş) və qaynar su içində, |
| وَظِلٍّ مِنْ يَحْمُومٍ {٤٣} |
43. Qapqara duman kölgəsində olacaqlar! |
| لَا بَارِدٍ وَلَا كَرِيمٍ {٤٤} |
44. (O kölgə başqa kölgələrdən fərqli olaraq) nə sərin, nə də xoşagələndir. |
| إِنَّهُمْ كَانُوا قَبْلَ ذَٰلِكَ مُتْرَفِينَ {٤٥} |
45. Onlar bundan əvvəl (dünyada) naz-ne´mət içində idilər. |
| وَكَانُوا يُصِرُّونَ عَلَى الْحِنْثِ الْعَظِيمِ {٤٦} |
46. Özləri də böyük günah içində (Allaha şərik qoşmaqla) israr edib dururdular. |
| وَكَانُوا يَقُولُونَ أَئِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَعِظَامًا أَإِنَّا لَمَبْعُوثُونَ {٤٧} |
47. Və belə deyirdilər: "Əcaba, biz öldükdən, toz-torpaq və sür-sümük olduqdan sonra, həqiqətən, yenidən dirildiləcəyikmi?! |
| أَوَآبَاؤُنَا الْأَوَّلُونَ {٤٨} |
48. Yaxud bizdən əvvəl gəlib-getmiş atalarımız da dirildiləcəklərmi?!" |
| قُلْ إِنَّ الْأَوَّلِينَ وَالْآخِرِينَ {٤٩} |
49. (Ya Peyğəmbər!) De: "(Sizdən) əvvəlkilər də, sonrakılar da, |
| لَمَجْمُوعُونَ إِلَىٰ مِيقَاتِ يَوْمٍ مَعْلُومٍ {٥٠} |
50. Mə´lum bir günün (qiyamət gününün) müəyyən bir vaxtında mütləq (məhşərə) cəm ediləcəklər. |
| ثُمَّ إِنَّكُمْ أَيُّهَا الضَّالُّونَ الْمُكَذِّبُونَ {٥١} |
51. Sonra, siz ey (haqq) yoldan azanlar, (haqqı) dananlar! |
| لَآكِلُونَ مِنْ شَجَرٍ مِنْ زَقُّومٍ {٥٢} |
52. Şübhəsiz ki, zəqqum ağacından (onun meyvəsindən) yeyəcəksiniz, |
| فَمَالِئُونَ مِنْهَا الْبُطُونَ {٥٣} |
53. Qarınlarınızı onunla dolduracaqsınız. |
| فَشَارِبُونَ عَلَيْهِ مِنَ الْحَمِيمِ {٥٤} |
54. Üstündən də (sizə bərk yanğı gəldiyi üçün) qaynar su içəcəksiniz. |
| فَشَارِبُونَ شُرْبَ الْهِيمِ {٥٥} |
55. Özü də onu susuzluq xəstəliyinə tutulmuş (dəvə) kimi içəcəksiniz. |
| هَٰذَا نُزُلُهُمْ يَوْمَ الدِّينِ {٥٦} |
56. Bu onların haqq-hesab günündəki ziyafətidir. |
| نَحْنُ خَلَقْنَاكُمْ فَلَوْلَا تُصَدِّقُونَ {٥٧} |
57. (Ey kafirlər!) Biz sizi (yoxdan) yaratdıq. Məgər (qiyamət günü yenidən dirildiləcəyinizi) təsdiq etməzmisiniz? |
| أَفَرَأَيْتُمْ مَا تُمْنُونَ {٥٨} |
58. Bəs (bətnlərə) axıtdığınız nütfəyə nə deyirsiniz? |
| أَأَنْتُمْ تَخْلُقُونَهُ أَمْ نَحْنُ الْخَالِقُونَ {٥٩} |
59. Ondan (insan) yaradan sizsiniz, yoxsa Biz?! |
| نَحْنُ قَدَّرْنَا بَيْنَكُمُ الْمَوْتَ وَمَا نَحْنُ بِمَسْبُوقِينَ {٦٠} |
60. Sizin aranızda ölüm (kimin nə vaxt öləcəyini) əvvəlcədən Biz müəyyən etdik. Və Biz əsla aciz (önünə keçilməsi mümkün olan) deyilik, |
| عَلَىٰ أَنْ نُبَدِّلَ أَمْثَالَكُمْ وَنُنْشِئَكُمْ فِي مَا لَا تَعْلَمُونَ {٦١} |
61. (Sizi yox edib) yerinizə sizin kimiləri gətirməkdən (sizi başqaları ilə əvəz etməkdən) və sizi özünüz də bilmədiyiniz başqa bir şəkildə yaratmaqdan! |
| وَلَقَدْ عَلِمْتُمُ النَّشْأَةَ الْأُولَىٰ فَلَوْلَا تَذَكَّرُونَ {٦٢} |
62. And olsun ki, siz ilk yaradılış (dünyaya necə gəldiyinizi) bilirsiniz. Elə isə (sizi yenidən diriltməyə qadir olduğumuz barədə) heç düşünmürsünüz?! |
| أَفَرَأَيْتُمْ مَا تَحْرُثُونَ {٦٣} |
63. Bəs əkdiyiniz (toxuma) nə deyirsiniz? |
| أَأَنْتُمْ تَزْرَعُونَهُ أَمْ نَحْنُ الزَّارِعُونَ {٦٤} |
64. Onu bitirən sizsiniz, yoxsa Biz?! |
| لَوْ نَشَاءُ لَجَعَلْنَاهُ حُطَامًا فَظَلْتُمْ تَفَكَّهُونَ {٦٥} |
65. Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də mat-məətəl qalıb: |
| إِنَّا لَمُغْرَمُونَ {٦٦} |
66. "Biz ziyana uğramış, |
| بَلْ نَحْنُ مَحْرُومُونَ {٦٧} |
67. Bəlkə, (hələ ruzidən də) məhrum olmuş kimsələrik!" (deyərdiniz). |
| أَفَرَأَيْتُمُ الْمَاءَ الَّذِي تَشْرَبُونَ {٦٨} |
68. Bəs içdiyiniz suya nə deyirsiniz? |
| أَأَنْتُمْ أَنْزَلْتُمُوهُ مِنَ الْمُزْنِ أَمْ نَحْنُ الْمُنْزِلُونَ {٦٩} |
69. Onu buluddan endirən sizsiniz, yoxsa Biz?! |
| لَوْ نَشَاءُ جَعَلْنَاهُ أُجَاجًا فَلَوْلَا تَشْكُرُونَ {٧٠} |
70. Əgər istəsəydik, onu acı (bir su) edərdik. Elə isə niyə (Allahın ne´mətlərinə) şükür etmirsiniz? |
| أَفَرَأَيْتُمُ النَّارَ الَّتِي تُورُونَ {٧١} |
71. Bəs (yaş ağacdan) yandırdığınız oda nə deyirsiniz? |
| أَأَنْتُمْ أَنْشَأْتُمْ شَجَرَتَهَا أَمْ نَحْنُ الْمُنْشِئُونَ {٧٢} |
72. Onun ağacını yaradan sizsiniz, yoxsa Biz? |
| نَحْنُ جَعَلْنَاهَا تَذْكِرَةً وَمَتَاعًا لِلْمُقْوِينَ {٧٣} |
73. Biz onu (sizi cəhənnəm odu ilə qorxutmaqdan ötrü) ibrət dərsi və səhrada olan müsafirlərin faydalanması üçün yaratdıq. |
| فَسَبِّحْ بِاسْمِ رَبِّكَ الْعَظِيمِ {٧٤} |
74. Belə olduqda (ya Peyğəmbər!) sən ulu olan Rəbbinin adını müqəddəs tutub zikr et! |
| فَلَا أُقْسِمُ بِمَوَاقِعِ النُّجُومِ {٧٥} |
75. Ulduzların (bürclərdəki) mənzillərinə (yaxud doğub-batdığı yerlərə) and olsun ki - |
| وَإِنَّهُ لَقَسَمٌ لَوْ تَعْلَمُونَ عَظِيمٌ {٧٦} |
76. Kaş bunun nə qədər böyük bir and olduğunu biləydiniz - |
| إِنَّهُ لَقُرْآنٌ كَرِيمٌ {٧٧} |
77. (Sizə oxunan) bu (kəlam) çox qiymətli Qur´andır. |
| فِي كِتَابٍ مَكْنُونٍ {٧٨} |
78. (O, Allah dərgahında) qorunub saxlanılan bir Kitabdadır (lövhi-məhfuzdadır, yaxud lülələnib bükülmüş kağızlardadır). |
| لَا يَمَسُّهُ إِلَّا الْمُطَهَّرُونَ {٧٩} |
79. Ona yalnız pak olanlar toxuna bilər! |
| تَنْزِيلٌ مِنْ رَبِّ الْعَالَمِينَ {٨٠} |
80. (O) Aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir. |
| أَفَبِهَٰذَا الْحَدِيثِ أَنْتُمْ مُدْهِنُونَ {٨١} |
81. İndi siz bu kəlamı yalan sayırsınız? (Bu sözümə məhəl qoymursunuz?) |
| وَتَجْعَلُونَ رِزْقَكُمْ أَنَّكُمْ تُكَذِّبُونَ {٨٢} |
82. Ruzinizə şükür etməli olduğunuz halda, onu yalanmı hesab edirsiniz? |
| فَلَوْلَا إِذَا بَلَغَتِ الْحُلْقُومَ {٨٣} |
83. (Can) boğaza yetişdiyi (ölüm gəlib çatdığı) zaman |
| وَأَنْتُمْ حِينَئِذٍ تَنْظُرُونَ {٨٤} |
84. Siz (ona) baxıb durursunuz (əlinizdən heç bir şey gəlmir). |
| وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْكُمْ وَلَٰكِنْ لَا تُبْصِرُونَ {٨٥} |
85. Biz ona sizdən daha yaxınıq, amma siz (bunu) görmürsünüz! |
| فَلَوْلَا إِنْ كُنْتُمْ غَيْرَ مَدِينِينَ {٨٦} |
86. Əgər sizdən (dediyiniz kimi, qiyamət günü əməllərinizə görə) haqq-hesab çəkilməyəcəksə, |
| تَرْجِعُونَهَا إِنْ كُنْتُمْ صَادِقِينَ {٨٧} |
87. Və əgər ("öləndən sonra heç bir dirilmə, haqq-hesab yoxdur" sözünü) doğru deyirsinizsə, bəlkə, (o çıxan canı) geri (bədənə) qaytarasınız?! |
| فَأَمَّا إِنْ كَانَ مِنَ الْمُقَرَّبِينَ {٨٨} |
88. Amma əgər (ölən kimsə Allah dərgahına, Allahın lütf və mərhəmətinə) yaxın olanlardandırsa, |
| فَرَوْحٌ وَرَيْحَانٌ وَجَنَّتُ نَعِيمٍ {٨٩} |
89. (Onu) rəhmət, gözəl ruzi (yaxud xoş ətirli çiçəklər) və Nəim cənnəti gözləyir! |
| وَأَمَّا إِنْ كَانَ مِنْ أَصْحَابِ الْيَمِينِ {٩٠} |
90. Əgər o, sağ tərəf sahiblərindəndirsə (əməl dəftəri sağ əlinə verilənlərdəndirsə), |
| فَسَلَامٌ لَكَ مِنْ أَصْحَابِ الْيَمِينِ {٩١} |
91. (Ona özü kimi olan yoldaşlarının dili ilə: ) "Sağ tərəf sahiblərindən sənə salam olsun!" (deyiləcəkdir). |
| وَأَمَّا إِنْ كَانَ مِنَ الْمُكَذِّبِينَ الضَّالِّينَ {٩٢} |
92. Əgər (ölən kimsə Allahın ayələrini, mö´cüzələrini) yalan sayanlardan və yoldan azanlardandırsa, |
| فَنُزُلٌ مِنْ حَمِيمٍ {٩٣} |
93. (Ona) qaynar su ziyafəti veriləcək |
| وَتَصْلِيَةُ جَحِيمٍ {٩٤} |
94. Və özü də Cəhənnəmə atılacaqdır. |
| إِنَّ هَٰذَا لَهُوَ حَقُّ الْيَقِينِ {٩٥} |
95. Şübhəsiz ki, bu, təkzibolunmaz həqiqətdir! |
| فَسَبِّحْ بِاسْمِ رَبِّكَ الْعَظِيمِ {٩٦} |
96. Elə isə (ya Peyğəmbər!) sən ulu olan Rəbbinin adını təsbih (müqəddəs turub zikr) et! (Və ya: Sən Rəbbini o böyük adı ilə təsbih et!) |
 |