 |
| الرَّحْمَٰنُ {١} |
1. Mərhəmətli Allah |
| عَلَّمَ الْقُرْآنَ {٢} |
2. Quranı öyrətdi. |
| خَلَقَ الْإِنْسَانَ {٣} |
3. İnsanı yaratdı, |
| عَلَّمَهُ الْبَيَانَ {٤} |
4. ona danışmağı öyrətdi. |
| الشَّمْسُ وَالْقَمَرُ بِحُسْبَانٍ {٥} |
5. Günəş və ay müəyyən bir ölçü ilə hərəkət edir. |
| وَالنَّجْمُ وَالشَّجَرُ يَسْجُدَانِ {٦} |
6. Otlar da, ağaclar da səcdə edir. |
| وَالسَّمَاءَ رَفَعَهَا وَوَضَعَ الْمِيزَانَ {٧} |
7. Allah göyü ucaltdı və tərəzini qoydu ki, |
| أَلَّا تَطْغَوْا فِي الْمِيزَانِ {٨} |
8. çəkidə həddi aşmayasınız. |
| وَأَقِيمُوا الْوَزْنَ بِالْقِسْطِ وَلَا تُخْسِرُوا الْمِيزَانَ {٩} |
9. Əşyaları tərəzidə insafla çəkin və çəkini əskiltməyin. |
| وَالْأَرْضَ وَضَعَهَا لِلْأَنَامِ {١٠} |
10. O, yeri məxluqat üçün döşədi. |
| فِيهَا فَاكِهَةٌ وَالنَّخْلُ ذَاتُ الْأَكْمَامِ {١١} |
11. Orada meyvələr və salxımlı xurma ağacları vardır. |
| وَالْحَبُّ ذُو الْعَصْفِ وَالرَّيْحَانُ {١٢} |
12. Həmçinin saçaqlı dənli bitkilər və xoş ətirli çiçəklər də vardır. |
| فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ {١٣} |
13. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? |
| خَلَقَ الْإِنْسَانَ مِنْ صَلْصَالٍ كَالْفَخَّارِ {١٤} |
14. O, insanı saxsı kimi quru gildən yaratdı, |
| وَخَلَقَ الْجَانَّ مِنْ مَارِجٍ مِنْ نَارٍ {١٥} |
15. cinləri də təmiz oddan yaratdı. |
| فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ {١٦} |
16. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? |
| رَبُّ الْمَشْرِقَيْنِ وَرَبُّ الْمَغْرِبَيْنِ {١٧} |
17. Allah iki məşriqin və iki məğribin Rəbbidir. |
| فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ {١٨} |
18. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? |
| مَرَجَ الْبَحْرَيْنِ يَلْتَقِيَانِ {١٩} |
19. O, qarşı-qarşıya gələn iki dənizi bir-birinə qovuşdurdu. |
| بَيْنَهُمَا بَرْزَخٌ لَا يَبْغِيَانِ {٢٠} |
20. Onların arasında maneə vardır, onu keçə bilməzlər. |
| فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ {٢١} |
21. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? |
| يَخْرُجُ مِنْهُمَا اللُّؤْلُؤُ وَالْمَرْجَانُ {٢٢} |
22. Onlardan mirvari və mərcan çıxır. |
| فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ {٢٣} |
23. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? |
| وَلَهُ الْجَوَارِ الْمُنْشَآتُ فِي الْبَحْرِ كَالْأَعْلَامِ {٢٤} |
24. Dənizdə dağlar kimi, yelkənləri qaldırılmış halda üzən gəmilər də Onundur. |
| فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ {٢٥} |
25. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? |
| كُلُّ مَنْ عَلَيْهَا فَانٍ {٢٦} |
26. Yer üzündə olan hər kəs ölümə məhkumdur. |
| وَيَبْقَىٰ وَجْهُ رَبِّكَ ذُو الْجَلَالِ وَالْإِكْرَامِ {٢٧} |
27. Ancaq Rəbbinin əzəmətli və kəramətli Üzü əbədidir. |
| فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ {٢٨} |
28. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? |
| يَسْأَلُهُ مَنْ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ كُلَّ يَوْمٍ هُوَ فِي شَأْنٍ {٢٩} |
29. Göylərdə və yerdə olan hər kəs ehtiyacı olan şeyi Ondan diləyir. O hər gün bir işdədir. |
| فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ {٣٠} |
30. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? |
| سَنَفْرُغُ لَكُمْ أَيُّهَ الثَّقَلَانِ {٣١} |
31. Ey ağır yükü olan insan və cin tayfası! Tezliklə ancaq sizinlə məşğul olacağıq. |
| فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ {٣٢} |
32. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? |
| يَا مَعْشَرَ الْجِنِّ وَالْإِنْسِ إِنِ اسْتَطَعْتُمْ أَنْ تَنْفُذُوا مِنْ أَقْطَارِ السَّمَاوَاتِ وَالْأَرْضِ فَانْفُذُوا ۚ لَا تَنْفُذُونَ إِلَّا بِسُلْطَانٍ {٣٣} |
33. Ey cin və insan tayfası! Əgər göylərin və yerin hüdudlarını yarıb keçə bilərsinizsə, keçin! Siz ancaq qüdrət və qüvvətlə keçə bilərsiniz. |
| فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ {٣٤} |
34. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? |
| يُرْسَلُ عَلَيْكُمَا شُوَاظٌ مِنْ نَارٍ وَنُحَاسٌ فَلَا تَنْتَصِرَانِ {٣٥} |
35. Sizin üstünüzə tüstüsüz alov və ərimiş mis (və ya tüstü) göndəriləcək və siz bir-birinizə kömək edə bilməyəcəksiniz. |
| فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ {٣٦} |
36. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? |
| فَإِذَا انْشَقَّتِ السَّمَاءُ فَكَانَتْ وَرْدَةً كَالدِّهَانِ {٣٧} |
37. Göy yarılıb dağ edilmiş yağ (yaxud ərinmiş qurğuşun) kimi qıpqırmızı olacaqdır. |
| فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ {٣٨} |
38. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? |
| فَيَوْمَئِذٍ لَا يُسْأَلُ عَنْ ذَنْبِهِ إِنْسٌ وَلَا جَانٌّ {٣٩} |
39. O gün nə insan, nə də cin günahı barəsində sorğu-sual olunmayacaqdır. |
| فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ {٤٠} |
40. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? |
| يُعْرَفُ الْمُجْرِمُونَ بِسِيمَاهُمْ فَيُؤْخَذُ بِالنَّوَاصِي وَالْأَقْدَامِ {٤١} |
41. Günahkarlar simalarından tanınacaq, kəkillərindən və ayaqlarından yaxalanacaqlar. |
| فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ {٤٢} |
42. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? |
| هَٰذِهِ جَهَنَّمُ الَّتِي يُكَذِّبُ بِهَا الْمُجْرِمُونَ {٤٣} |
43. Budur günahkarların yalan hesab etdikləri Cəhənnəm! |
| يَطُوفُونَ بَيْنَهَا وَبَيْنَ حَمِيمٍ آنٍ {٤٤} |
44. Onlar onunla qaynar su arasında dolanacaqlar. |
| فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ {٤٥} |
45. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? |
| وَلِمَنْ خَافَ مَقَامَ رَبِّهِ جَنَّتَانِ {٤٦} |
46. Rəbbinin hüzurunda durmaqdan qorxanları iki Cənnət bağı gözləyir. |
| فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ {٤٧} |
47. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? |
| ذَوَاتَا أَفْنَانٍ {٤٨} |
48. İkisində də növbənöv meyvələrlə dolu budaqlar vardır. |
| فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ {٤٩} |
49. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? |
| فِيهِمَا عَيْنَانِ تَجْرِيَانِ {٥٠} |
50. İkisində də iki axar bulaq vardır. |
| فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ {٥١} |
51. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? |
| فِيهِمَا مِنْ كُلِّ فَاكِهَةٍ زَوْجَانِ {٥٢} |
52. İkisində də hər meyvədən qoşa-qoşa vardır. |
| فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ {٥٣} |
53. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? |
| مُتَّكِئِينَ عَلَىٰ فُرُشٍ بَطَائِنُهَا مِنْ إِسْتَبْرَقٍ ۚ وَجَنَى الْجَنَّتَيْنِ دَانٍ {٥٤} |
54. Onlar orada astarları atlazdan olan döşəklərə dirsəklənəcəklər. Hər iki bağın meyvələri onlara yaxın olacaqdır. |
| فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ {٥٥} |
55. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? |
| فِيهِنَّ قَاصِرَاتُ الطَّرْفِ لَمْ يَطْمِثْهُنَّ إِنْسٌ قَبْلَهُمْ وَلَا جَانٌّ {٥٦} |
56. Orada gözlərini öz ərlərinə dikmiş, onlardan əvvəl özlərinə heç bir insan və cin toxunmamış qızlar vardır. |
| فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ {٥٧} |
57. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? |
| كَأَنَّهُنَّ الْيَاقُوتُ وَالْمَرْجَانُ {٥٨} |
58. Onlar sanki yaqut və mərcandırlar. |
| فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ {٥٩} |
59. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? |
| هَلْ جَزَاءُ الْإِحْسَانِ إِلَّا الْإِحْسَانُ {٦٠} |
60. Yaxşılığın əvəzi ancaq yaxşılıq deyildirmi? |
| فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ {٦١} |
61. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? |
| وَمِنْ دُونِهِمَا جَنَّتَانِ {٦٢} |
62. Bu ikisindən başqa daha iki Cənnət bağı da vardır. |
| فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ {٦٣} |
63. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? |
| مُدْهَامَّتَانِ {٦٤} |
64. Hər ikisi tünd yaşıldır. |
| فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ {٦٥} |
65. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? |
| فِيهِمَا عَيْنَانِ نَضَّاخَتَانِ {٦٦} |
66. İkisində də fəvvarə vuran iki bulaq vardır. |
| فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ {٦٧} |
67. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? |
| فِيهِمَا فَاكِهَةٌ وَنَخْلٌ وَرُمَّانٌ {٦٨} |
68. İkisində də cürbəcür meyvələr, xurma ağacları və nar vardır. |
| فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ {٦٩} |
69. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? |
| فِيهِنَّ خَيْرَاتٌ حِسَانٌ {٧٠} |
70. Orada xoş xasiyyətli, gözəl qızlar vardır. |
| فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ {٧١} |
71. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? |
| حُورٌ مَقْصُورَاتٌ فِي الْخِيَامِ {٧٢} |
72. Çadırlarda gözlərini öz ərlərinə dikmiş hurilər vardır. |
| فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ {٧٣} |
73. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? |
| لَمْ يَطْمِثْهُنَّ إِنْسٌ قَبْلَهُمْ وَلَا جَانٌّ {٧٤} |
74. Onlardan əvvəl özlərinə heç bir insan və cin toxunmamış qızlar vardır. |
| فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ {٧٥} |
75. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? |
| مُتَّكِئِينَ عَلَىٰ رَفْرَفٍ خُضْرٍ وَعَبْقَرِيٍّ حِسَانٍ {٧٦} |
76. Onlar yaşıl balışlara və gözəl döşəkcələrə dirsəklənəcəklər. |
| فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ {٧٧} |
77. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? |
| تَبَارَكَ اسْمُ رَبِّكَ ذِي الْجَلَالِ وَالْإِكْرَامِ {٧٨} |
78. Sənin əzəmət və kərəm sahibi olan Rəbbinin adı nə qədər mübarəkdir. |
 |