 |
| وَالطُّورِ {١} |
1. And olsun dağa! |
| وَكِتَابٍ مَسْطُورٍ {٢} |
2. And olsun yazılmış Kitaba – |
| فِي رَقٍّ مَنْشُورٍ {٣} |
3. nazik dəri üzərində olan Kitaba! |
| وَالْبَيْتِ الْمَعْمُورِ {٤} |
4. And olsun Beytulməmura! |
| وَالسَّقْفِ الْمَرْفُوعِ {٥} |
5. And olsun yüksək tavana! |
| وَالْبَحْرِ الْمَسْجُورِ {٦} |
6. And olsun alovlanan dənizə! |
| إِنَّ عَذَابَ رَبِّكَ لَوَاقِعٌ {٧} |
7. Rəbbinin əzabı hökmən vaqe olacaqdır. |
| مَا لَهُ مِنْ دَافِعٍ {٨} |
8. Heç nə onun qarşısını ala bilməz. |
| يَوْمَ تَمُورُ السَّمَاءُ مَوْرًا {٩} |
9. O gün göy şiddətlə sarsılacaq, |
| وَتَسِيرُ الْجِبَالُ سَيْرًا {١٠} |
10. dağlar da hərəkətə gələcəkdir. |
| فَوَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ {١١} |
11. O gün vay halına haqqı yalan sayanların! |
| الَّذِينَ هُمْ فِي خَوْضٍ يَلْعَبُونَ {١٢} |
12. O kəslər ki, yalan bataqlığında əylənirlər. |
| يَوْمَ يُدَعُّونَ إِلَىٰ نَارِ جَهَنَّمَ دَعًّا {١٣} |
13. O gün onlar amansızcasına sürüdülərək Cəhənnəm oduna atılacaqlar. |
| هَٰذِهِ النَّارُ الَّتِي كُنْتُمْ بِهَا تُكَذِّبُونَ {١٤} |
14. Onlara deyiləcək: “Bu sizin yalan saydığınız Cəhənnəm odudur! |
| أَفَسِحْرٌ هَٰذَا أَمْ أَنْتُمْ لَا تُبْصِرُونَ {١٥} |
15. Bəlkə bu da sehrdir, siz görmürsünüz? |
| اصْلَوْهَا فَاصْبِرُوا أَوْ لَا تَصْبِرُوا سَوَاءٌ عَلَيْكُمْ ۖ إِنَّمَا تُجْزَوْنَ مَا كُنْتُمْ تَعْمَلُونَ {١٦} |
16. Yanın orada! Dözsəniz də, dözməsəniz də sizin üçün eynidir. Sizə ancaq etdiyiniz əməllərin cəzası verilir”. |
| إِنَّ الْمُتَّقِينَ فِي جَنَّاتٍ وَنَعِيمٍ {١٧} |
17. Şübhəsiz ki, müttəqilər Cənnət bağlarında və nemət içində yaşayacaqlar. |
| فَاكِهِينَ بِمَا آتَاهُمْ رَبُّهُمْ وَوَقَاهُمْ رَبُّهُمْ عَذَابَ الْجَحِيمِ {١٨} |
18. Rəbbinin onlara bəxş etdiyinə sevinəcəklər. Rəbbi onları Cəhənnəm əzabından xilas etmişdir. |
| كُلُوا وَاشْرَبُوا هَنِيئًا بِمَا كُنْتُمْ تَعْمَلُونَ {١٩} |
19. Onlara deyiləcək: “Xeyirxah əməllərinizin əvəzi olaraq nuşcanlıqla yeyin, için!” |
| مُتَّكِئِينَ عَلَىٰ سُرُرٍ مَصْفُوفَةٍ ۖ وَزَوَّجْنَاهُمْ بِحُورٍ عِينٍ {٢٠} |
20. Onlar səflərlə salınmış mütəkkələrə dirsəklənəcəklər. Biz onları iri qaragözlü hurilərlə evləndirəcəyik. |
| وَالَّذِينَ آمَنُوا وَاتَّبَعَتْهُمْ ذُرِّيَّتُهُمْ بِإِيمَانٍ أَلْحَقْنَا بِهِمْ ذُرِّيَّتَهُمْ وَمَا أَلَتْنَاهُمْ مِنْ عَمَلِهِمْ مِنْ شَيْءٍ ۚ كُلُّ امْرِئٍ بِمَا كَسَبَ رَهِينٌ {٢١} |
21. Möminlərin imanda onların arxasınca gedən nəsillərini də Cənnətdə özlərinə qovuşduracağıq. Onların əməllərindən heç bir şey əskiltməyəcəyik. Hər kəs qazandığının girovudur. |
| وَأَمْدَدْنَاهُمْ بِفَاكِهَةٍ وَلَحْمٍ مِمَّا يَشْتَهُونَ {٢٢} |
22. Onlara istədikləri meyvədən və ətdən bol-bol verəcəyik. |
| يَتَنَازَعُونَ فِيهَا كَأْسًا لَا لَغْوٌ فِيهَا وَلَا تَأْثِيمٌ {٢٣} |
23. Onlar orada bir-birinə şərab dolu badə uzadacaqlar. Bu şərab onları nə boşboğazlığa, nə də günaha təhrik etməz. |
| وَيَطُوفُ عَلَيْهِمْ غِلْمَانٌ لَهُمْ كَأَنَّهُمْ لُؤْلُؤٌ مَكْنُونٌ {٢٤} |
24. Onların ətrafında xidmətlərinə verilmiş, qorunub saxlanılan mirvari kimi yeniyetmə oğlanlar dolanacaqlar. |
| وَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ يَتَسَاءَلُونَ {٢٥} |
25. Onlar bir-birinə üz tutub soruşacaqlar. |
| قَالُوا إِنَّا كُنَّا قَبْلُ فِي أَهْلِنَا مُشْفِقِينَ {٢٦} |
26. Onlar deyəcəklər: “Biz əvvəllər ailəmiz içində olarkən Allahdan qorxurduq. |
| فَمَنَّ اللَّهُ عَلَيْنَا وَوَقَانَا عَذَابَ السَّمُومِ {٢٧} |
27. Allah da bizə mərhəmət göstərdi və bizi qızmar yel əzabından qorudu. |
| إِنَّا كُنَّا مِنْ قَبْلُ نَدْعُوهُ ۖ إِنَّهُ هُوَ الْبَرُّ الرَّحِيمُ {٢٨} |
28. Biz əvvəllər Ona dua edirdik. Həqiqətən, O, yaxşılıq edəndir, Rəhmlidir!” |
| فَذَكِّرْ فَمَا أَنْتَ بِنِعْمَتِ رَبِّكَ بِكَاهِنٍ وَلَا مَجْنُونٍ {٢٩} |
29. Onlara xatırlat! Sən öz Rəbbinin neməti sayəsində nə kahinsən, nə də dəli! |
| أَمْ يَقُولُونَ شَاعِرٌ نَتَرَبَّصُ بِهِ رَيْبَ الْمَنُونِ {٣٠} |
30. Yoxsa onlar: “O bir şairdir. Biz onun ölümünü gözləyirik!” – deyirlər. |
| قُلْ تَرَبَّصُوا فَإِنِّي مَعَكُمْ مِنَ الْمُتَرَبِّصِينَ {٣١} |
31. De: “Gözləyin, mən də sizinlə birlikdə gözləyənlərdənəm!” |
| أَمْ تَأْمُرُهُمْ أَحْلَامُهُمْ بِهَٰذَا ۚ أَمْ هُمْ قَوْمٌ طَاغُونَ {٣٢} |
32. Yoxsa onların ağılları bunu onlara əmr edir? Yaxud onlar azğın adamlardır? |
| أَمْ يَقُولُونَ تَقَوَّلَهُ ۚ بَلْ لَا يُؤْمِنُونَ {٣٣} |
33. Yoxsa onlar: “Bunu özündən uydurdun!” – deyirlər. Xeyr, onlar iman gətirmirlər. |
| فَلْيَأْتُوا بِحَدِيثٍ مِثْلِهِ إِنْ كَانُوا صَادِقِينَ {٣٤} |
34. Əgər doğru söyləyirlərsə, qoy ona (Qurana) bənzər bir kəlam gətirsinlər. |
| أَمْ خُلِقُوا مِنْ غَيْرِ شَيْءٍ أَمْ هُمُ الْخَالِقُونَ {٣٥} |
35. Bəlkə onlar öz-özünə yaranıblar? Yaxud onlar yaradanlardır? |
| أَمْ خَلَقُوا السَّمَاوَاتِ وَالْأَرْضَ ۚ بَلْ لَا يُوقِنُونَ {٣٦} |
36. Yoxsa onlar göyləri və yeri yaradıblar? Xeyr, onlar qətiyyən inanmırlar. |
| أَمْ عِنْدَهُمْ خَزَائِنُ رَبِّكَ أَمْ هُمُ الْمُصَيْطِرُونَ {٣٧} |
37. Yoxsa sənin Rəbbinin xəzinələri onlardadır? Yaxud onlar hökm sahibidirlər? |
| أَمْ لَهُمْ سُلَّمٌ يَسْتَمِعُونَ فِيهِ ۖ فَلْيَأْتِ مُسْتَمِعُهُمْ بِسُلْطَانٍ مُبِينٍ {٣٨} |
38. Yoxsa onların, üstünə çıxıb mələklərin söhbətlərini dinlədikləri bir nərdivanı vardır? Onda qoy onların mələkləri dinləyənləri anlaşıqlı bir dəlil gətirsinlər! |
| أَمْ لَهُ الْبَنَاتُ وَلَكُمُ الْبَنُونَ {٣٩} |
39. Yoxsa qızlar Onun, oğlanlar isə sizindir? |
| أَمْ تَسْأَلُهُمْ أَجْرًا فَهُمْ مِنْ مَغْرَمٍ مُثْقَلُونَ {٤٠} |
40. Yoxsa sən onlardan bir mükafat istəyirsən və onlar da borclu qaldıqlarına görə ağır yük altındadırlar? |
| أَمْ عِنْدَهُمُ الْغَيْبُ فَهُمْ يَكْتُبُونَ {٤١} |
41. Yoxsa onlar qeybi bilir və onu yazırlar? |
| أَمْ يُرِيدُونَ كَيْدًا ۖ فَالَّذِينَ كَفَرُوا هُمُ الْمَكِيدُونَ {٤٢} |
42. Yoxsa bir hiylə qurmaq istəyirlər? Amma kafirlər özləri o hiylənin qurbanı olacaqlar. |
| أَمْ لَهُمْ إِلَٰهٌ غَيْرُ اللَّهِ ۚ سُبْحَانَ اللَّهِ عَمَّا يُشْرِكُونَ {٤٣} |
43. Yoxsa onların Allahdan başqa bir məbudu var? Allah onların qoşduqları şəriklərdən uzaqdır. |
| وَإِنْ يَرَوْا كِسْفًا مِنَ السَّمَاءِ سَاقِطًا يَقُولُوا سَحَابٌ مَرْكُومٌ {٤٤} |
44. Əgər onlar göy parçalarının düşdüyünü görsələr: “Bulud topasıdır!” – deyərlər. |
| فَذَرْهُمْ حَتَّىٰ يُلَاقُوا يَوْمَهُمُ الَّذِي فِيهِ يُصْعَقُونَ {٤٥} |
45. Sən onları sarsılacaqları günə qovuşana qədər tərk et! |
| يَوْمَ لَا يُغْنِي عَنْهُمْ كَيْدُهُمْ شَيْئًا وَلَا هُمْ يُنْصَرُونَ {٤٦} |
46. O gün hiylələri onlara heç bir fayda verməyəcək və onlara kömək göstərilməyəcəkdir. |
| وَإِنَّ لِلَّذِينَ ظَلَمُوا عَذَابًا دُونَ ذَٰلِكَ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ {٤٧} |
47. Həqiqətən, zalımlar üçün bundan başqa əzab da hazırlanmışdır. Lakin onların çoxu bunu bilmir. |
| وَاصْبِرْ لِحُكْمِ رَبِّكَ فَإِنَّكَ بِأَعْيُنِنَا ۖ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ حِينَ تَقُومُ {٤٨} |
48. Sən öz Rəbbinin hökmünə səbir et! Həqiqətən, sən Bizim Gözlərimiz önündəsən. Yuxudan qalxdıqda Rəbbini həmd ilə zikr et! |
| وَمِنَ اللَّيْلِ فَسَبِّحْهُ وَإِدْبَارَ النُّجُومِ {٤٩} |
49. Gecənin bir vaxtında, bir də ulduzlar batandan sonra Onun şəninə təriflər de! |
 |