سورةالذاريات {٥١} 51. AZ-ZAARIYAAT
وَالذَّارِيَاتِ ذَرْوًا {١} 1. And olsun toz-torpağı ətrafa səpələyənlərə!
فَالْحَامِلَاتِ وِقْرًا {٢} 2. And olsun yağmur yükü daşıyanlara!
فَالْجَارِيَاتِ يُسْرًا {٣} 3. And olsun asanlıqla üzüb gedənlərə!
فَالْمُقَسِّمَاتِ أَمْرًا {٤} 4. And olsun işləri paylaşdıranlara!
إِنَّمَا تُوعَدُونَ لَصَادِقٌ {٥} 5. Sizə vəd olunanlar həqiqətdir.
وَإِنَّ الدِّينَ لَوَاقِعٌ {٦} 6. Haqq-hesab da mütləq çəkiləcəkdir.
وَالسَّمَاءِ ذَاتِ الْحُبُكِ {٧} 7. And olsun gözəl görünüşü olan səmaya!
إِنَّكُمْ لَفِي قَوْلٍ مُخْتَلِفٍ {٨} 8. Sizin sözləriniz ziddiyyətlidir.
يُؤْفَكُ عَنْهُ مَنْ أُفِكَ {٩} 9. Ondan (Qurandan və Peyğəmbərdən) dönən kimsə döndərilər.
قُتِلَ الْخَرَّاصُونَ {١٠} 10. Məhv olsun yalançılar!
الَّذِينَ هُمْ فِي غَمْرَةٍ سَاهُونَ {١١} 11. O kəslər ki, cəhalət içində olan qafillərdir.
يَسْأَلُونَ أَيَّانَ يَوْمُ الدِّينِ {١٢} 12. Onlar Haqq-hesab gününün nə vaxt olacağını soruşurlar.
يَوْمَ هُمْ عَلَى النَّارِ يُفْتَنُونَ {١٣} 13. O gün onlara odda əzab veriləcəkdir.
ذُوقُوا فِتْنَتَكُمْ هَٰذَا الَّذِي كُنْتُمْ بِهِ تَسْتَعْجِلُونَ {١٤} 14. Onlara deyiləcək: “Dadın əzabınızı! Sizin tez-tələsik gəlməsini istədiyiniz şey budur!”
إِنَّ الْمُتَّقِينَ فِي جَنَّاتٍ وَعُيُونٍ {١٥} 15. Şübhəsiz ki, müttəqilər Cənnət bağlarında və bulaqlar başında olacaqlar,
آخِذِينَ مَا آتَاهُمْ رَبُّهُمْ ۚ إِنَّهُمْ كَانُوا قَبْلَ ذَٰلِكَ مُحْسِنِينَ {١٦} 16. öz Rəbbinin onlara verdiyini alacaqlar. Həqiqətən, onlar bundan əvvəl yaxşı iş görən adamlar olmuşdular.
كَانُوا قَلِيلًا مِنَ اللَّيْلِ مَا يَهْجَعُونَ {١٧} 17. Onlar gecələr ibadət edib az yatırdılar.
وَبِالْأَسْحَارِ هُمْ يَسْتَغْفِرُونَ {١٨} 18. Sübh çağı isə bağışlanma diləyirdilər.
وَفِي أَمْوَالِهِمْ حَقٌّ لِلسَّائِلِ وَالْمَحْرُومِ {١٩} 19. Onların mal-dövlətində dilənçinin və yoxsulun payı vardır.
وَفِي الْأَرْضِ آيَاتٌ لِلْمُوقِنِينَ {٢٠} 20. Qəti inananlar üçün yer üzündə dəlillər vardır.
وَفِي أَنْفُسِكُمْ ۚ أَفَلَا تُبْصِرُونَ {٢١} 21. Sizin özünüzdə də dəlillər vardır. Məgər görmürsünüz?
وَفِي السَّمَاءِ رِزْقُكُمْ وَمَا تُوعَدُونَ {٢٢} 22. Sizin ruziniz və sizə vəd olunan şeylər göydədir.
فَوَرَبِّ السَّمَاءِ وَالْأَرْضِ إِنَّهُ لَحَقٌّ مِثْلَ مَا أَنَّكُمْ تَنْطِقُونَ {٢٣} 23. Göyün və yerin Rəbbinə and olsun ki, bu vəd sizin danışmağa qüdrətiniz olduğu kimi həqiqətdir.
هَلْ أَتَاكَ حَدِيثُ ضَيْفِ إِبْرَاهِيمَ الْمُكْرَمِينَ {٢٤} 24. İbrahimin möhtərəm qonaqlarının əhvalatı sənə gəlib çatdımı?
إِذْ دَخَلُوا عَلَيْهِ فَقَالُوا سَلَامًا ۖ قَالَ سَلَامٌ قَوْمٌ مُنْكَرُونَ {٢٥} 25. Onlar onun yanına daxil olub: “Sənə salam olsun!” – dedilər. İbrahim: “Sizə də salam olsun! Siz yad adamlara oxşayırsınız!” – dedi.
فَرَاغَ إِلَىٰ أَهْلِهِ فَجَاءَ بِعِجْلٍ سَمِينٍ {٢٦} 26. O, təşviş içində ailəsinin yanına getdi və kök bir buzov qızardıb gətirdi.
فَقَرَّبَهُ إِلَيْهِمْ قَالَ أَلَا تَأْكُلُونَ {٢٧} 27. Onu qabaqlarına qoyub: “Yemək yeməyəcəksinizmi?” – dedi.
فَأَوْجَسَ مِنْهُمْ خِيفَةً ۖ قَالُوا لَا تَخَفْ ۖ وَبَشَّرُوهُ بِغُلَامٍ عَلِيمٍ {٢٨} 28. O, qonaqların yemədiklərini görüb onlardan qorxuya düşdü. Onlar: “Qorxma!” – dedilər və ona elmli bir oğlan uşağı ilə müjdə verdilər.
فَأَقْبَلَتِ امْرَأَتُهُ فِي صَرَّةٍ فَصَكَّتْ وَجْهَهَا وَقَالَتْ عَجُوزٌ عَقِيمٌ {٢٩} 29. Zövcəsi qışqırıb üz-gözünə vura-vura dedi: “Axı mən sonsuz qoca qarıyam!”
قَالُوا كَذَٰلِكِ قَالَ رَبُّكِ ۖ إِنَّهُ هُوَ الْحَكِيمُ الْعَلِيمُ {٣٠} 30. Onlar dedilər: “Sənin Rəbbin belə demişdir. Həqiqətən, O, Müdrikdir, Biləndir!”
قَالَ فَمَا خَطْبُكُمْ أَيُّهَا الْمُرْسَلُونَ {٣١} 31. İbrahim dedi: “Sizin işiniz nədir, ey elçilər?”
قَالُوا إِنَّا أُرْسِلْنَا إِلَىٰ قَوْمٍ مُجْرِمِينَ {٣٢} 32. Onlar dedilər: “Biz günahkar bir qövmə göndərilmişik ki,
لِنُرْسِلَ عَلَيْهِمْ حِجَارَةً مِنْ طِينٍ {٣٣} 33. onların üstünə gildən daşlar yağdıraq –
مُسَوَّمَةً عِنْدَ رَبِّكَ لِلْمُسْرِفِينَ {٣٤} 34. həddi aşanlar üçün sənin Rəbbinin yanında nişan qoyulmuş daşlar!”
فَأَخْرَجْنَا مَنْ كَانَ فِيهَا مِنَ الْمُؤْمِنِينَ {٣٥} 35. Biz orada olan möminləri o kənddən çıxartdıq.
فَمَا وَجَدْنَا فِيهَا غَيْرَ بَيْتٍ مِنَ الْمُسْلِمِينَ {٣٦} 36. Amma orada bir evdən başqa müsəlman tapmadıq.
وَتَرَكْنَا فِيهَا آيَةً لِلَّذِينَ يَخَافُونَ الْعَذَابَ الْأَلِيمَ {٣٧} 37. Ağrılı-acılı əzabdan qorxanlar üçün orada bir əlamət qoyduq.
وَفِي مُوسَىٰ إِذْ أَرْسَلْنَاهُ إِلَىٰ فِرْعَوْنَ بِسُلْطَانٍ مُبِينٍ {٣٨} 38. Musanın əhvalatında da ibrət vardır. O zaman Biz onu Fironun yanına aydın bir dəlillə göndərmişdik.
فَتَوَلَّىٰ بِرُكْنِهِ وَقَالَ سَاحِرٌ أَوْ مَجْنُونٌ {٣٩} 39. O, öz camaatı ilə birlikdə üz çevirib: “Bu sehrbazdır, ya da dəlidir!” – dedi.
فَأَخَذْنَاهُ وَجُنُودَهُ فَنَبَذْنَاهُمْ فِي الْيَمِّ وَهُوَ مُلِيمٌ {٤٠} 40. Biz Fironu və əsgərlərini yaxalayıb dənizə atdıq. O, qınanmağa layiq idi.
وَفِي عَادٍ إِذْ أَرْسَلْنَا عَلَيْهِمُ الرِّيحَ الْعَقِيمَ {٤١} 41. Ad qövmünün hekayətində də ibrət vardır. O zaman Biz onların üstünə xeyir-bərəkətsiz bir külək göndərmişdik.
مَا تَذَرُ مِنْ شَيْءٍ أَتَتْ عَلَيْهِ إِلَّا جَعَلَتْهُ كَالرَّمِيمِ {٤٢} 42. O külək üstündən keçdiyi hər bir şeyi sovurub külə döndərirdi.
وَفِي ثَمُودَ إِذْ قِيلَ لَهُمْ تَمَتَّعُوا حَتَّىٰ حِينٍ {٤٣} 43. Səmud qövmünün hekayətində də ibrət vardır. O zaman onlara: “Müəyyən vaxtadək dolanıb-keçinin!” – deyilmişdi.
فَعَتَوْا عَنْ أَمْرِ رَبِّهِمْ فَأَخَذَتْهُمُ الصَّاعِقَةُ وَهُمْ يَنْظُرُونَ {٤٤} 44. Onlar öz Rəbbinin əmrindən çıxdılar və onları gözləri baxa-baxa ildırım vurdu.
فَمَا اسْتَطَاعُوا مِنْ قِيَامٍ وَمَا كَانُوا مُنْتَصِرِينَ {٤٥} 45. Onlar ayağa qalxa bilmədilər və onlara kömək edən də olmadı.
وَقَوْمَ نُوحٍ مِنْ قَبْلُ ۖ إِنَّهُمْ كَانُوا قَوْمًا فَاسِقِينَ {٤٦} 46. Daha əvvəl Nuh qövmünü məhv etdik. Çünki onlar fasiq adamlar idilər.
وَالسَّمَاءَ بَنَيْنَاهَا بِأَيْدٍ وَإِنَّا لَمُوسِعُونَ {٤٧} 47. Biz göyü qüdrətlə yaratdıq və Biz onu genişləndiririk.
وَالْأَرْضَ فَرَشْنَاهَا فَنِعْمَ الْمَاهِدُونَ {٤٨} 48. Yeri də Biz döşədik. Nə gözəl döşəyənlərik Biz!
وَمِنْ كُلِّ شَيْءٍ خَلَقْنَا زَوْجَيْنِ لَعَلَّكُمْ تَذَكَّرُونَ {٤٩} 49. Biz hər şeydən erkək və dişi olmaqla cütlər yaratdıq ki, bəlkə, düşünüb ibrət alasınız.
فَفِرُّوا إِلَى اللَّهِ ۖ إِنِّي لَكُمْ مِنْهُ نَذِيرٌ مُبِينٌ {٥٠} 50. De: “Allaha tərəf qaçın! Mən sizi Onunla açıq-aşkar qorxudub xəbərdar edənəm!
وَلَا تَجْعَلُوا مَعَ اللَّهِ إِلَٰهًا آخَرَ ۖ إِنِّي لَكُمْ مِنْهُ نَذِيرٌ مُبِينٌ {٥١} 51. Allahla yanaşı başqa bir məbud qəbul etməyin. Mən sizi Onunla açıq-aşkar qorxudub xəbərdar edənəm!”
كَذَٰلِكَ مَا أَتَى الَّذِينَ مِنْ قَبْلِهِمْ مِنْ رَسُولٍ إِلَّا قَالُوا سَاحِرٌ أَوْ مَجْنُونٌ {٥٢} 52. Beləcə, onlardan əvvəlkilərə də elə bir elçi gəlmədi ki, onun barəsində: “Sehrbazdır, ya da dəlidir!” – deməsinlər.
أَتَوَاصَوْا بِهِ ۚ بَلْ هُمْ قَوْمٌ طَاغُونَ {٥٣} 53. Onlar bunu bir-birinə vəsiyyətmi etmişlər? Xeyr, onlar həddi aşan adamlardır.
فَتَوَلَّ عَنْهُمْ فَمَا أَنْتَ بِمَلُومٍ {٥٤} 54. Artıq onlardan üz döndər! Sən buna görə qınanmazsan.
وَذَكِّرْ فَإِنَّ الذِّكْرَىٰ تَنْفَعُ الْمُؤْمِنِينَ {٥٥} 55. Sən xatırlat! Çünki xatırlatmaq möminlərə fayda verir.
وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنْسَ إِلَّا لِيَعْبُدُونِ {٥٦} 56. Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım.
مَا أُرِيدُ مِنْهُمْ مِنْ رِزْقٍ وَمَا أُرِيدُ أَنْ يُطْعِمُونِ {٥٧} 57. Mən onlardan ruzi istəmirəm. Mən onlardan Məni yedirtmələrini də istəmirəm.
إِنَّ اللَّهَ هُوَ الرَّزَّاقُ ذُو الْقُوَّةِ الْمَتِينُ {٥٨} 58. Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir.
فَإِنَّ لِلَّذِينَ ظَلَمُوا ذَنُوبًا مِثْلَ ذَنُوبِ أَصْحَابِهِمْ فَلَا يَسْتَعْجِلُونِ {٥٩} 59. Şübhəsiz ki, zülm edənləri həmtaylarının qisməti kimi bir qismət gözləyir. Qoy onlar Məni tələsdirməsinlər!
فَوَيْلٌ لِلَّذِينَ كَفَرُوا مِنْ يَوْمِهِمُ الَّذِي يُوعَدُونَ {٦٠} 60. Onlara vəd olunmuş Gündən ötrü vay kafirlərin halına!
Al-Qur'an Today @2006