سورةالكافرون {١٠٩} 109. AL-KAAFIRUUN
قُلْ يَا أَيُّهَا الْكَافِرُونَ {١} 1. (Ya Peyğəmbər! Sənə - bir il bizim bütlərimizə ibadət et, bir il də biz sənin Rəbbinə ibadət edək - deyən müşriklərə) de: "Ey kafirlər!
لَا أَعْبُدُ مَا تَعْبُدُونَ {٢} 2. Mən sizin ibadət etdiklərinizə (bütlərə) ibadət etmərəm!
وَلَا أَنْتُمْ عَابِدُونَ مَا أَعْبُدُ {٣} 3. Siz də mənim ibadət etdiyimə (Allaha) ibadət etməzsiniz!
وَلَا أَنَا عَابِدٌ مَا عَبَدْتُمْ {٤} 4. Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm!
وَلَا أَنْتُمْ عَابِدُونَ مَا أَعْبُدُ {٥} 5. Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz!
لَكُمْ دِينُكُمْ وَلِيَ دِينِ {٦} 6. Sizin öz dininiz var, mənim də öz dinim! (Elə isə sizin dininiz sizə, mənim dinim də mənə)!"
Al-Qur'an Today @2006