 |
| وَيْلٌ لِكُلِّ هُمَزَةٍ لُمَزَةٍ {١} |
1. (Dalda) qeybət edib (üzdə) tə´nə vuran hər kəsin vay halına! |
| الَّذِي جَمَعَ مَالًا وَعَدَّدَهُ {٢} |
2. O kimsə ki, mal yığıb onu dönə-dönə sayar (çoxaldar). |
| يَحْسَبُ أَنَّ مَالَهُ أَخْلَدَهُ {٣} |
3. Və elə zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaqdır. |
| كَلَّا ۖ لَيُنْبَذَنَّ فِي الْحُطَمَةِ {٤} |
4. Xeyr! (Heç də onun güman etdiyi kimi deyildir). O mütləq (Cəhənnəmin alt mərtəbələrindən biri olan) Hütəməyə atılacaqdır! |
| وَمَا أَدْرَاكَ مَا الْحُطَمَةُ {٥} |
5. Sən nə bilirsən (haradan bilirsən) ki, Hütəmə nədir?! |
| نَارُ اللَّهِ الْمُوقَدَةُ {٦} |
6. O, Allahın yanar odudur. |
| الَّتِي تَطَّلِعُ عَلَى الْأَفْئِدَةِ {٧} |
7. Elə bir od ki, ürəkləri yandırıb-yaxar. |
| إِنَّهَا عَلَيْهِمْ مُؤْصَدَةٌ {٨} |
8. O, belələrinin (qeybətçilərin və tə´nə vuranların) üzünə qapanıb kilidlənəcəkdir. |
| فِي عَمَدٍ مُمَدَّدَةٍ {٩} |
9. Onlar (Cəhənnəmdə) hündür sütunlara bağlanmış olacaqlar! |
 |