 |
| وَيْلٌ لِكُلِّ هُمَزَةٍ لُمَزَةٍ {١} |
1. Hər bir qeybət edənin, tənə vuranın vay halına! |
| الَّذِي جَمَعَ مَالًا وَعَدَّدَهُ {٢} |
2. O şəxs ki, mal-dövlət toplayıb onu təkrar-təkrar sayır |
| يَحْسَبُ أَنَّ مَالَهُ أَخْلَدَهُ {٣} |
3. və elə güman edir ki, var-dövləti onu əbədi saxlayacaqdır. |
| كَلَّا ۖ لَيُنْبَذَنَّ فِي الْحُطَمَةِ {٤} |
4. Xeyr! O, mütləq Hutəməyə atılacaqdır. |
| وَمَا أَدْرَاكَ مَا الْحُطَمَةُ {٥} |
5. Sən haradan biləsən ki, Hutəmə nədir? |
| نَارُ اللَّهِ الْمُوقَدَةُ {٦} |
6. Bu, Allahın qaladığı Oddur. |
| الَّتِي تَطَّلِعُ عَلَى الْأَفْئِدَةِ {٧} |
7. O Od ki, qalxıb ürəklərə çatacaq. |
| إِنَّهَا عَلَيْهِمْ مُؤْصَدَةٌ {٨} |
8. Həqiqətən, o Od onların üzərində qapanacaqdır. |
| فِي عَمَدٍ مُمَدَّدَةٍ {٩} |
9. Özləri də orada yüksək dirəklərə bağlanmış olacaqlar. |
 |