سورةالقارعة {١٠١} 101. AL-QAARI´AH
الْقَارِعَةُ {١} 1. Ürəkləri dəhşətə salan qiyamət!
مَا الْقَارِعَةُ {٢} 2. Nədir qiyamət?!
وَمَا أَدْرَاكَ مَا الْقَارِعَةُ {٣} 3. Sən nə bilirsən (haradan bilirsən) ki, nədir qiyamət?!
يَوْمَ يَكُونُ النَّاسُ كَالْفَرَاشِ الْمَبْثُوثِ {٤} 4. O gün insanlar kəpənək kimi ətrafa səpələnəcək (çəyirtkə kimi bir-birinə qatışacaq);
وَتَكُونُ الْجِبَالُ كَالْعِهْنِ الْمَنْفُوشِ {٥} 5. Dağlar isə didilmiş yun kimi olacaqdır!
فَأَمَّا مَنْ ثَقُلَتْ مَوَازِينُهُ {٦} 6. (O gün) tərəzisi ağır gələn (yaxşı əmələri pis əməllərdən çox olan) kimsə,
فَهُوَ فِي عِيشَةٍ رَاضِيَةٍ {٧} 7. (Cənnətdə) xoş güzəran içində olacaq!
وَأَمَّا مَنْ خَفَّتْ مَوَازِينُهُ {٨} 8. Tərəzisi yüngül gələn (yaxşı əməlləri pis əməllərdən az olan) kimsənin isə,
فَأُمُّهُ هَاوِيَةٌ {٩} 9. Məskəni Haviyə (Cəhənnəmin dibi) olacaqdır!
وَمَا أَدْرَاكَ مَا هِيَهْ {١٠} 10. Sən nə bilirsən ki, o (Haviyə) nədir?!
نَارٌ حَامِيَةٌ {١١} 11. O çox qızmar bir atəşdir!
Al-Qur'an Today @2006