سورةالعاديات {١٠٠} 100. AL-´AADIYAAT
وَالْعَادِيَاتِ ضَبْحًا {١} 1. And olsun (cihad zamanı) tövşüyə-tövşüyə qaçan atlara;
فَالْمُورِيَاتِ قَدْحًا {٢} 2. And olsun (dırnaqları ilə daşdan) qığılcım qoparan atlara;
فَالْمُغِيرَاتِ صُبْحًا {٣} 3. And olsun sübh çağı hücum edən atlara;
فَأَثَرْنَ بِهِ نَقْعًا {٤} 4. And olsun o vaxt (və ya: o yerdə) toz-duman qopardan atlara;
فَوَسَطْنَ بِهِ جَمْعًا {٥} 5. Sonra da onunla (tozanaqla) dəstəyə (düşmən dəstəsinə) təpinən atlara ki,
إِنَّ الْإِنْسَانَ لِرَبِّهِ لَكَنُودٌ {٦} 6. İnsan öz Rəbbinə qarşı çox nankordur.
وَإِنَّهُ عَلَىٰ ذَٰلِكَ لَشَهِيدٌ {٧} 7. Və o özü də buna şahiddir.
وَإِنَّهُ لِحُبِّ الْخَيْرِ لَشَدِيدٌ {٨} 8. Həqiqətən, insan var-dövlətə çox hərisdir!
أَفَلَا يَعْلَمُ إِذَا بُعْثِرَ مَا فِي الْقُبُورِ {٩} 9. Məgər o bilmirmi ki, qəbirlərdə olanlar (dirilib) çıxardılacağı;
وَحُصِّلَ مَا فِي الصُّدُورِ {١٠} 10. Ürəklərdə olanlar faş ediləcəyi zaman
إِنَّ رَبَّهُمْ بِهِمْ يَوْمَئِذٍ لَخَبِيرٌ {١١} 11. Həmin gün Rəbbi onları (özlərinin bütün əməllərindən) xəbərdar edəcəkdir (cəzalarını verəcəkdir)!
Al-Qur'an Today @2006