 |
| وَالْعَادِيَاتِ ضَبْحًا {١} |
1. And olsun tövşüyə-tövşüyə çapanlara! |
| فَالْمُورِيَاتِ قَدْحًا {٢} |
2. And olsun dırnaqları ilə qığılcım çıxaranlara! |
| فَالْمُغِيرَاتِ صُبْحًا {٣} |
3. And olsun sübh çağı həmlə edənlərə ki, |
| فَأَثَرْنَ بِهِ نَقْعًا {٤} |
4. hücuma keçib tozanaq qaldıraraq |
| فَوَسَطْنَ بِهِ جَمْعًا {٥} |
5. qoşunun içərisinə soxulurlar. |
| إِنَّ الْإِنْسَانَ لِرَبِّهِ لَكَنُودٌ {٦} |
6. Həqiqətən, insan Rəbbinə qarşı yaman nankordur. |
| وَإِنَّهُ عَلَىٰ ذَٰلِكَ لَشَهِيدٌ {٧} |
7. Özü də bunun şahididir. |
| وَإِنَّهُ لِحُبِّ الْخَيْرِ لَشَدِيدٌ {٨} |
8. Həqiqətən, o, var-dövlətə çox hərisdir. |
| أَفَلَا يَعْلَمُ إِذَا بُعْثِرَ مَا فِي الْقُبُورِ {٩} |
9. Məgər o bilmir ki, qəbirlərdə olanlar çıxardılacağı |
| وَحُصِّلَ مَا فِي الصُّدُورِ {١٠} |
10. və kökslərdə olanlar aşkar ediləcəyi zaman – |
| إِنَّ رَبَّهُمْ بِهِمْ يَوْمَئِذٍ لَخَبِيرٌ {١١} |
11. məhz o gün Rəbbi onlardan xəbərdar olacaqdır? |
 |